Ədalət Rafiq oğlu Verdiyev () — Səhiyyə Nazirliyinin "İctimai Səhiyyə və İslahatlar Mərkəzi" Publik Hüquqi Şəxsin mülki müdafiə qərargahının rəisi, ehtiyatda olan zabit, hərbi ekspert.
25 noyabr 2024-cü ildə dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilərək həbs edilib və Baş Prokurorluq tərəfindən cinayət işi başladılıb.
7 aprel 2025-ci ildə Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə (dövlət sirrini yayma) təqsirli bilinib. O, 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Ona təyin olunmuş cəza CM-nin 70-ci maddəsinə uyğun olaraq 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub və məhkəmə zalından azadlığa buraxılıb.
Həyatı Ədalət Verdiyev 7 noyabr 1969-cu ildə Kürdəmir rayonunda anadan olub. 1975–1986-cı illərdə Kürdəmir rayonu 3 saylı tam orta məktəbdə təhsil almışdır. 1986–1990-cı illərdə Almatı Ali Ümumqoşun Komandirlər məktəbində ali-hərbi təhsil almışdır. Bundan sonra Rusiya ordusunda 2 il xidmət etmişdir. Bundan sonra 1992-ci ildə Azərbaycan və Ermənistan arasındakı münaqişələr əsnasında Rusiya Federasiyasından Azərbaycana qayıtmışdır. Azərbaycan Respublikasının ordusunun hərbi mütəxəssisi olaraq texniki, mühəndislik və kəşfiyyat kimi əsas hərbi sahələrdə peşəkar təcrübəyə sahibdir.
Azərbaycan, Türkiyə, ABŞ, Rusiya (SSR), İsrail, Gürcüstan, Fransa, İtaliya, İngiltərə və s. ölkələrin silahlanmasında mövcud olan bir çox silah sistemlərinə aid araşdırma yazıları vardır. Qarabağ ərazisində aparılan döyüş əməliyyatlarının araşdırılması və yeni döyüş metodlarına dair tədqiqatları mövcuddur. Azərbaycanın hərbi müstəqil xəbər saytı olan Ordu.az saytında fəaliyyət göstərib, daha sonra Moderator.az saytında fəaliyyətinə davam edib. Davamlı olaraq həm yerli, həm də xarici medianın mətbuat və televiziyasında hərbi ekspert olaraq rəylər verir və yüzlərlə çıxışı var.
Ailəsi Ailəlidir, iki övladı var.
Mükafatları Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə müxtəlif mükafatlara layiq görülmüşdür: 50px (04.04.1995) — "Hərbi xidmətlərə görə" medalı 50px (26.06.2004) — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı 50px (04.09.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman Komitəsi tərəfindən "Fəxri Fərman"a layiq görülmüşdür.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:"Laçın" döş nişanı ilə təltif edilənlər Kateqoriya:Azərbaycan hərbçiləri