Süjet xətti

Xoşbəxt ər-arvad Saymon və Robin Kaliforniyada yeni evə köçürlər. Ev üçün alış-veriş edən zaman Saymon mağazaların birində təsadüfən Qordo ləqəbli sinif yoldaşı Cordon Mouzliyə rast gəlir. Saymon məktəb illərini demək olar ki xatırlamır, sinif yoldaşlarını axırıncı dəfə nə vaxt gördüyü heç yadında deyil, ona görə də Qordonu əvvəl tanımır. Mehriban və bir qədər qəribə görünən Qordo, onların evinə bir şüşə bahalı şərab göndərir. Bu hədiyyə yeni dostluğun əsasını qoyur. Saymon və Robin onu şam yeməyinə dəvət edirlər. Əvvəl hər şey yaxşı getsə də, Qordo münasibətləri ifrat dərəcəyə çatdırır, cütlüyün şəxsi həyatına burnunu soxur, inadkar şəkildə onların həyatına müdaxilə edir. Saymon və Robin onunla münasibətləri pozmaq qərarına gəlirlər. Ancaq dost bildiyi şəxsin evinin qapılarını onun üzünə bağlaması Qordonun heysiyyətinə toxunur. Belə münasibətdən hiddətlənən Qordo, məktəb illərini və Saymonun ona etdiklərinə çox yaxşı xatırlayır...

İstinadlar Kateqoriya:İntiqam haqqında ABŞ filmləri Kateqoriya:2015-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin müəmma dram filmləri Kateqoriya:İngilis dilində müəmma triller filmləri Kateqoriya:Müstəqil ABŞ filmləri Kateqoriya:Los-Anceles haqqında filmlər Kateqoriya:Kinorejissorların debüt filmləri Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:İngilis dilində müəmma dram filmləri Kateqoriya:ABŞ-nin psixoloji-triller filmləri Kateqoriya:Kaliforniya haqqında filmlər Kateqoriya:ABŞ-nin triller dram filmləri Kateqoriya:Dramlar Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:2015-ci ilin müstəqil filmləri Kateqoriya:Stalkinq haqqında filmlər Kateqoriya:Blumhouse Productions filmləri Kateqoriya:Ceyson Blamın prodüseri olduğu filmlər Kateqoriya:2015-ci ilin rejissor debütləri