Vladimir Fyodoroviç Mitkeviç (; ) — SSRİ elektrotexniki, SSRİ EA akademiki (1929; m. üzvü 1927), "Stalin" mükafatı laureatı (1943), RSFSR əməkdar elm və texnika xadimi (1938).

Həyatı Vladimir Fyodoroviç Mitkeviç 3 avqust 1872-ci ildə Rusiya imperiyası tərkibindəki Minsk şəhərində anadan olmuşdur. O, 1895-ci ildə Peterburq Universitetini bitirmiş, 1909–1938-ci illərdə Leninqrad Politexnik İnstitutunda professor olmuşdur. Mitkeviç 1938-ci ildə SSRİ EA-da işləmişdir. O, "QOELRO" planının tərtibində iştirak etmişdir. Mitkeviçin əsas tədqiqatları elektromaqnit hadisələrini öyrənilməsinə, məftilli və məftilsiz rabitə problemlərinə, elektrik enerjisinin ötürülməsi məsələlərinə həsr olunmuşdur.

Mükafatlar Vladimir Mitkeviç 1928-ci ildə V. İ. Lenin adına mükafat, 1943-cü ildə isə 1-ci dərəcəli "Stalin" mükafatı ilə təltif olunmuşdur. O, 1938-ci ildə "RSFSR əməkdar elm və texnika xadimi" fəxri adına layiq görülmüşdür. Mitkeviç "Lenin" ordeni, 2 başqa orden və medallarla təltif olunmuşdur.

İstinadlar

Kateqoriya:SSRİ alimləri Kateqoriya:"Lenin" mükafatı laureatları Kateqoriya:"Lenin" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ fizikləri Kateqoriya:"Qırmızı ulduz" ordeni ilə təltif edilənlər Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Fizika-riyaziyyat elmləri doktorları