Şakir Şirvani — XVIII əsr Azərbaycan şairi. Klassik və xalq ədəbiyyatı üslubunda əsərlər yazmışdır.
Ümumi məlumat Şakir Şirvani Füzuli ədəbi məktəbinin davamçısıdır. Divanı günümüzədək gəlib çatmasa da, şairin cönklərdə bir çox əsərləri qalmaqdadır. Şairin əsas əsərlərindən biri "Əhval-i Şirvan" adlı tarixi mənzumədir. Bu əsərində Nadir Şah Əfşarın 1743-cü ildə Şirvana hücumunu təsvir etmiş, zülm və pisliyə qarşı çıxmışdır. "Əhval-i Şirvan" əsəri, tarixi gerçəklikdən bəhs etdiyindən, dövrün olaylarını və durumunu araşdırmaq baxımından faydalıdır.
İstinadlar
Mənbə Araslı H. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi (Ali məktəblər üçün dərslik). Bakı: "Azərbaycan Universiteti" nəşriyyatı, 1956, s. 189-192.
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycan dilində yazan şairlər Kateqoriya:XVIII əsr şairləri