Yedigöllər Milli Park (, "yeddi göl") ― Türkiyənin Bolu ilinin şimalında 1965-ci ildə yaradılmış milli park. Park əsasən torpaq sürüşmələri nəticəsində əmələ gəlmiş yeddi göl və zənfin florası ilə tanınır.

Coğrafiya left|thumb| Yedigöllər Milli Parkı Park Bolu ilinin şimalındakı Məngən ilçəsində və qərbi Qara dəniz bölgəsindəki Zonquldakın cənubunda, dəniz səviyyəsindən yüksəklikdə yerləşir.1965-ci ildə yaradılmış park 1 623 hektar ərazini əhatə edir. Parkda sürüşmə nəticəsində yaranan yeddi göl var. Bunlar Büyükgöl, Dəringöl, Səringöl, Nazlıgöl, Sazlıgöl, İncəgöl və Küçükgöl gölləridir. Parkda bir neçə axın var və bunlardan bəzilərinin üzərində əllə düzəldilmiş körpülər və kiçik şəlalə var.

Park İstanbul və Ankara arasında yerləşir. Parka giriş Ankara - İstanbul magistral yolundan 152 kilometr (94 mil) məsafədəki Yenicağa yolu ilə mümükündür. Qışda alternativ yol olaraq yalnız Yenicağa-Məngən-Yazicik yolu istifadə edilə bilər. Ərazidə Kapankaya dağ zirvəsi yerləşir və parkın mənzərəli gözəlliyini görmək üçün əlverişli yer təmin edir. Zirvəyə bütün il boyu qalxmaq mümkündür.

Milli parkda isti su qaynaqları mövcuddur və buradakı xizək mərkəzləri Türkiyədə yaxşı tanınır.

Parkdakı çayların su keyfiyyəti I və II sinif olaraq qeyd edilmişdir.

Flora right|thumb| Parkdakı rəngli flora Parkın bitki örtüyü fıstıq, palıd, vələs, ağ şam, qarağac, meşə fındığı, küknar, qızılağac, cökə, qara şam və şotland şamından ibarətdir.

Fauna Yedigöllər Milli Parkındakı faunaya nəcib maral, cüyür, çöldonuzu, qonur ayı, canavar, tülkü, vaşaq, meşə pişiyi, susamuru və dələ daxil olsa da, vəhşi həyat bununla məhdudlaşmır. Parkda zamanla inkişaf etmiş daha yaxşı qoruma şərtləri nəticəsində heyvanların sayı artmışdır. Yedigöllər Milli Parkında marallar üçün müstəsna olaraq qorunan sahə var. Parkda həmçinin alabalıq ferması da yaradılmışdır. Ərazidə Ephemeroptera həşərat cinsinə aid yeni növlər: Ecdyonurus starmachi, Paraleptophlebia cincta, Caenis martae və Baetis lapponicus müəyyən edilmişdir.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Türkiyə milli parkları Kateqoriya:Türkiyə gölləri Kateqoriya:Kateqoriya BTMİ II Kateqoriya:Bolu ilçəsi