Əhməd Həmdi Tanpınar ədəbiyyat muzey-kitabxanası () — Türk yazıçısı Əhməd Həmdi Tanpınarın (1901-1962) adına ədəbiyyat muzeyi və arxivi. Muzey İstanbulda yerləşir, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılıb. Açılışı 2011-ci il noyabrın 12-də reallaşıb.. Tarixi Muzey, XIX əsrdə inşa edilmiş "Alay pavilyonu" tarixi binasında, Topqapı sarayı kompleksinin bir hissəsi olan Gülhanə parkının yaxınlığında yerləşir. Osmanlı sultanları əvvəllər bu binada yeniçəri paradlarına ev sahibliyi edirdilər. 1910-cu illərdən bəri Gözəl Sənətlər Dərnəyi tərəfindən istifadə olunur. 1928-ci ildən 1940-cı illərin sonlarına qədər binada Türk Dili və Ədəbiyyatı Dərnəyi üzvlərinin iclasları keçirilirdi. Muzeyin təsviri Zirzəmidə iki otaq və bir vestibül var. Birinci mərtəbədə keçmiş taxt otağı, iki salon və üç otaq yerləşir. Zirzəmi hazırda kafeyə çevrilmişdir. O, ədəbiyyat sahəsində mükafat almış kitablardan ibarət sərginin yer aldığı "Yazıçılar Kafesi" kimi tanınır. Üst mərtəbədə İstanbulda anadan olan türk yazıçılarına həsr olunmuş 50-yə yaxın guşə var. Burada bəzi yazıçı və şairlərin bəzilərinin büstləri qoyulmuşdur. Büstü qoyulan yazıçılar arasında Əhməd Həmdi Tanpınardan əlavə Yəhya Kamal Bəyatlı, Nazim Hikmət, Nejip Kysakürek, Əziz Nesin, Orxan Pamuk, Aişə Kulin, Zülfü Livaneli və Doğan Hyzlanın adlarını qeyd etmək olar.
Muzey-kitabxana həmçinin türk yazıçılarının və şairlərin müzakirələri üçün bir yerdir. Burda ədəbiyyat sahəsində mükafatlar da təqdim olunur. Muzeydəki kitabxanada İstanbul haqqında minə yaxın kitab və əsər vardır. Üstəlik burda digər sənət sahələri ilə bağlı 100-ə yaxın müxtəlif dövri nəşrin sayı da daxil olmaqla səkkiz minə yaxın kitab saxlanılır. Həm də muzeydə vaxtaşırı sənət sərgiləri keçirilir.
Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günayın açıqlamasına görə, bu muzey Türkiyənin yeddi bölgəsində yerləşən yeddi ədəbiyyat kitabxana muzeyi şəbəkəsindən biridir. Digər altı muzey sırasına - Ankaradakı Mehmet Akif Ərsoyun Ədəbiyyat Muzeyi-Kitabxanası, Diyarbəkirdə Əhməd Arifin Ədəbiyyat Muzeyi-Kitabxanası, Adanadakı Qaracaoğlanın Ədəbiyyat Muzeyi-Kitabxanası, Ərzurumdakı Ərzurumlu Əmrahın Ədəbiyyat Muzeyi-Kitabxanası, Attila İlhanın İzmirdəki Ədəbiyyat Muzeyi-Kitabxanası və nəhayət Trabzonda Bedri Rahmi Eyüboğlunun Ədəbiyyat Muzeyi-Kitabxanası daxildir. Qalereya
İstinadlar
Kateqoriya:Türkiyə muzeyləri Kateqoriya:Osmanlı dövrünün abidələri Kateqoriya:Türkiyə kitabxanaları Kateqoriya:Topqapı sarayı Kateqoriya:İstanbul muzeyləri Kateqoriya:Fatih (İstanbul)