Əmin Fəxrəddin Özdilək () Türk əsgəri və siyasətçisi.

Həyatı İlk təhsilindən sonra Ədirnə Hərbi Liseyinə daxil oldu. 1916-cı ildə Zabit Təlimgahına göndərildi. 1 iyun 1917-ci ildə "leytenant" rütbəsi aldı. 19 yaşında ikən Qafqaz İslam Ordusu ilə Azərbaycanda savaşdı. 1920-ci ilin sonunda Türkiyə İstiqlaliyyət müharibəsinə qatıldı. 1 mart 1921-ci ildə "baş leytenant" rütbəsi alaraq 3. Süvari Tüməni əmrində Yunan-Türk müharibəsinə qatıldı. 1925–1927-ci illər arasında Hərb Məktəbi və Süvari Minicilik Məktəbində təhsilini tamamladı. 1933-cü ildə Hərb Akdemiyasına daxil oldu. 30 avqust 1936-cı ildə "kapitan" rütbəsini aldı. 6 oktyabr 1936-ci ildə qərargah zabiti olaaraq Hərb Akdemiyasından məzun oldu. 1936–1959-cu illərdə Türkiyə Silahlı Qüvvələrində bir çox vəzifələri icra etdi. 30 avqust 1959-cu ildə dörd ulduzlu general rütbəsini aldı.

1960-cı ildə Türk Silahlı Qüvvələrinin ölkə rəhbərliyini ələ keçirdiyi 27 May çevrilişində Birinci Ordu Komandiri olaraq iştirak etdi. Milli Birlik Komitəsində iştirak edən Özdilək 9 iyun 1960-cı ildə Cemal Gürselin qurduğu hökumətdə Milli Müdafiə Nazirliyinə gətirildi. 21 oktyabr 1960-cı ildə Dövlət Naziri və Baş nazirin müavini təyin edildi. Cemal Gürselin Prezidentliyi 26 Oktyabr 1961-ci ildə başladığından, Baş nazir vəzifəsi boşaldıqdan sonra 27 Oktyabr 1961–20 Noyabr 1961 arasında müvəqqəti olaraq Baş nazir vəzifəsini icra etdi. 1961–1980-ci illər arasında, Cümhuriyyət Senatında təbii bir üzv və Milli Birlik qrupunun başçısı olaraq iştirak etdi. 1983 Ümumi Seçkilərində Xalqçı Partiyasından Konya millət vəkili seçildi. 13 Mart 1989-cu ildə Ankarada vəfat etdi. Cəbəci Əsri qəbiristanlığında dəfn edildi.

Ali Ədalət Məhkəməsi tərəfindən verilən ölüm hökmlərinin təsdiqinə qarşı səs verdi.Kurmay Albay Sami KÜÇÜK, RUMELİ'DEN 27 MAYIS'A

Təltifləri Əmin Fəxrəddin Özdilək qırmızı zolaqlı "İstiqlaliyyət" medalı ilə təltif edilmişdir.

Həmçinin bax Türkiyədə dövlət çevrilişi (1960)

İstinadlar

Kateqoriya:Türkiyənin milli müdafiə nazirləri Kateqoriya:TBMM XVII çağırış deputatları Kateqoriya:Türkiyənin daxili işlər nazirləri Kateqoriya:Türkiyə İstiqlaliyyət müharibəsi iştirakçıları Kateqoriya:Türkiyə baş nazirləri