Dambo — rejissoru Tim Börton, ssenari müəllifi isə Eren Krüger olan, 2019-cu ildə ABŞ-də istehsal edilmiş, tarixi dövrdə cərəyan edənmfantastik macəra filmi. Volt Disneyin Helen Aberson və Harold Pearlin romanı əsasında 1941-ci ildə çəkilmiş eyniadlı animasiya filmi (Dambo) əsasında çəkilmişdir.
Aktyorlar və rollar
Buraxılış
Kinoteatrlarda nümayişi "Dambo" filmi 29 mart 2019-cu ildə ABŞ-də Volt Disney Studios Motion Pictures tərəfindən kinoteatrlarda nümayişə buraxılmışdır. Filmin dünya premyerası 11 mart 2019-cu ildə Los-Ancelesdə yerləşən Rey Dolbi Bolrum zalında keçirilmişdir. Avropa premyerası isə 21 mart 2019-cu ildə Londondakı Körzon Meyfeyr Sinema kinoteatrında baş tutmuşdur. Disney şirkəti Aksentur İnteraktiv ilə əməkdaşlıq çərçivəsində 2019-cu ildə keçirilən Saut bay Sautvest festivalının iştirakçıları üçün üz tanıma texnologiyasından istifadə edən xüsusi fotokabin quraşdırmışdır. Bu texnologiya iştirakçıların üz ifadələri əsasında müəyyən edilən emosiyalara uyğun olaraq onlara fərdi təcrübə yaşatmaq məqsədi daşıyırdı. Disney filmin dünya miqyasında marketinqinə təxminən 120–140 milyon ABŞ dolları xərcləmişdir. Kari Sazerlend tərəfindən film əsasında yazılmış romanlaşdırılmış versiya isə 12 fevral 2019-cu ildə Disney Publişinq Vörlvayd nəşriyyatı tərəfindən nəşr edilmişdir.
Ev mediası "Dambo" filmi 25 iyun 2019-cu ildə DVD, Blu-ray və Ultra HD Blu-ray formatlarında satışa çıxarılmışdır. "Dambo" həmin dövrdə Disney şirkətinin 2019-cu ilin noyabrında istifadəyə verdiyi Disney+ yayım platformasında eksklüziv olaraq izlənilə bilən bir neçə yeni filmindən biri olmuşdur.
"Dambo" filmi Böyük Britaniyada disk formatında satışa çıxarıldıqdan sonra Rəsmi Film Çartında birinci yerə yüksəlmişdir. Film 2019-cu ilin iyun ayında həm DVD və Blu-ray disklərinin birgə satış reytinqində, həm də Blu-ray disklərinin ayrıca satış reytinqində birinci yerdə debüt etmişdir. Blu-ray formatları filmin satılan nüsxələrinin ümumi sayının 75%-ni təşkil etmiş, satışların 9%-i isə 4K Ultra HD Blu-ray versiyasının payına düşmüşdür. Film 6 iyul 2019-cu ildə başa çatan həftədə həm DVD və Blu-ray disklərinin satış reytinqində birinciliyini qoruyub saxlamışdır.
İstinadlar Kateqoriya:2019-cu ilin filmləri Kateqoriya:Tim Börtonun filmləri Kateqoriya:2019-cu ilin ABŞ filmləri Kateqoriya:Ana-oğul münasibətləri haqqında filmlər Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:Heyvanlar haqqında filmlər Kateqoriya:Sirk filmləri Kateqoriya:Florida haqqında filmlər Kateqoriya:Hindistan haqqında filmlər Kateqoriya:ABŞ-nin 3D filmləri Kateqoriya:Walt Disney Pictures filmləri Kateqoriya:2019-cu ilin 3D filmləri Kateqoriya:1910-cu illər haqqında filmlər Kateqoriya:Adaptasiyalara əsaslanan filmlər Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:Pinewood Studios filmləri Kateqoriya:İngiltərədə çəkilən filmlər Kateqoriya:ABŞ filmlərinin remeykləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:ABŞ-nin fantastika filmləri Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:ABŞ-nin fentezi filmləri Kateqoriya:Retrofuturizm Kateqoriya:Fillər haqqında filmlər Kateqoriya:Əyləncə parkları haqqında filmlər