Giorgi Eristavi () — gürcü yazıçısı, rejissor, aktyor, ictimai xadim. Gürcü ədəbiyyatında tənqidi realizmin banisidir.
Yaradıcılığının başlanğıcı üçün səciyyəvi olan romantizmdən uzaqlaşaraq, dövrünün məişət və adətlərini təsvir etmişdir. Yaratdığı yeni realist teatr gürcü mədəniyyətinin zənginləşməsi, professional realist dramaturgiyanın inkişafında mühüm rol oynamışdır. Komediyalarında tənəzzülə uğramış zadəganlıq, çar məmurları, yeni meydana gələn ticarət burjuaziyası ifşa olunmuşdur. Rus və Qərbi Avropa klassiklərindən tərcümələr etmişdir.
İstinadlar
Kateqoriya:Gürcüstan dramaturqları Kateqoriya:Gürcüstan aktyorları Kateqoriya:Gürcüstan zadəganlığı Kateqoriya:Rus dilindən tərcümə edənlər Kateqoriya:XIX əsr dramaturqları Kateqoriya:XIX əsr tərcüməçiləri