Aleksandr Aleksandroviç Drozdov (; ) — sovet opera müğənnisi (lirik-dramatik tenor), Azərbaycan SSR xalq artisti (1940), RSFSR əməkdar artisti.

Həyatı Aleksandr Drozdov -ci ildə Akmola vilayətinin Omsk şəhərində anadan olmuşdur. dərs almış, 1918-ci ildə Saratov opera studiyasını (professor sinfi) bitirərək orada səhnə fəaliyyətinə başlamışdır. Müxtəlif illərdə SSRİ-nin Tiflis, Leninqrad, Odessa və başqa şəhərlərinin opera teatrlarında çıxış etmişdir. 1935–1959-cu illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur.

Aleksandr Drozdov teatrda işləməklə yanaşı, 1947-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının vokal sinfində pedaqoji fəaliyyət də göstərmişdir. O, 15 avqust 1968-ci ildə Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.

İfa etdiyi əsas partiyalar

Otello, Radames, Manriko ("Otello", "Aida" və "Trubadur", Cüzeppe Verdi) Raul ("Hugenotlar", Cakomo Meyerber) Samson ("Samson və Dalila", Kamil Sen-Sans) German ("Qaratoxmaq qadın", Pyotr Çaykovski) Kavaradossi, Pinkerton ("Toska" və "Çio-Çio-San", Cakomo Puççini) Arbenin, Çatski ("Maskarad" və "Ağıldan bəla", Boris Zeydman) Sabinin ("İvan Susanin", Mixail Qlinka) Vladimir ("Dubrovski", Edvard Napravnik) Qriqori Melexov ("Sakit Don", İvan Dzerjinski) Aleksandr Matyuşenko ("Potyomkin zirehli gəmisi", Oles Çişko) Georgi Rıleyev ("Dekabristlər", Yuri Şaporin)

Təltif və mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 23 aprel 1940 "RSFSR əməkdar artisti" fəxri adı 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni — 25 fevral 1946, 9 iyun 1959 "Şərəf nişanı" ordeni — 27 aprel 1940

İstinadlar

Kateqoriya:Azərbaycanın opera müğənniləri Kateqoriya:SSRİ-nin opera müğənniləri Kateqoriya:Bakı Musiqi Akademiyasının müəllimləri Kateqoriya:Tenorlar