thumb|270px|Qamniyanın siyasi xəritəsi

Qambiya () və ya rəsmi adı ilə Qambiya Respublikası () — Qərbi Afrikada dövlət. Qambiya ərazicə Afrikanın ən kiçik ölkələrindəndir. Şimaldan, şərqdən və cənubdan Seneqalla həmsərhəddir. Qərbdən isə Atlantik okeanı ilə əhatə olunmuşdur. Paytaxtı Bancul, ən böyük şəhəri Serekunda ümumi sahəsi 10,689 kvadrat kilometrdir. Qambiya 18 fevral 1965-ci ildə Böyük Britaniyanın müstəmləkəçiliyindən azad olaraq Millətlər Birliyinə daxil olmuşdur. Ölkə iqtisadi inkişafı səviyyəsinə görə dünyanın ən yoxsul ölkələrindən biridir.

Tarix

Qambiyanın Müstəqiliyi 1960-cı ildə Britaniya Protektoratı olan Qambiyaya seçki hüququ verildi və Qanunvericilik Şurasını 34 nəfərdən ibarət Nümayəndələr Palatası (House of Representatives) əvəz etdi. 1962-ci ildə baş nazir və Qubernator Sədirlik etdi,8 digər nazirliklərin də daxil olduğu İdarə Heyəti yaradıldı. Mütərəqqi Xalq Partiyasının lideri Dauda Jawara birinci baş nazir oldu. 1963-cü il Oktyabrın 4-də Qambiya tam özünüidarə hüququ qazandı. 1965-ci ildə qüvvəyə minən müstəqil Qambiya Konstitusiyasına görə ölkə Birliyi çərçivəsində konstitusiya monarxiya elan olundu. 1970-ci il aprelin 23-də keçirilən Referendumla Qambiya respublika oldu. 1981-ci ilin iyulunda ölkədə bir üsyan oldu və seneqallı əsgər tərəfindən yatırıldı, qiyam zamanı 500–800 nəfər şəhid oldu və iqtisadiyyata böyük maddi ziyan dəydi.

Seneqambiya

1982-ci ilin fevralında Qambiya Seneqal ilə birlikdə Seneqambiya Konfederasiyası yaradır. Bu zaman ərazicə və əhali sayına görə kiçik olan Qambiya özünün hökumətinə, müstəqil maliyyə və xarici siyasətinə malik olur. Konfederasiya daxilində xarici siyasətin koordinasiya ediməsi, silahlı qüvvələrin, xüsusi xidmətin və nəqliyyat infrastrukturunun birləşdirilməsi nəzərdə tutulmuşdu. Sonradan Qambiya konfederasiyanın idarə edilməsində rolunun artırılmasını tələb etməyə başladı. Fikir ayrılıqlarına görə konfederasiya 1989-cu ildə fəaliyyətini dayandırdı. Sonrakı dövrdə hər iki dövlətin münasibətləri gərgin olaraq qalır.

Tarixi thumb|right|200px|Qambiya Qambiyanın prezidenti Yəhya Camme 2015-ci ildə Qambiyanı İslam Respublikası elan etdi. Bununla da Qambiya İran, Pakistan, Əfqanıstan və Mavritaniyadan sonra 5-ci İslam Respublikası oldu.

İstinadlar

Kateqoriya:İslam dövlətləri Kateqoriya:BMT üzvü olan ölkələr Kateqoriya:Afrika İttifaqına üzv dövlətlər Kateqoriya:İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər Kateqoriya:Millətlər Birliyinə üzv dövlətlər Kateqoriya:Eksklavlar və anklavlar Kateqoriya:Britaniyanın keçmiş protektoratları Kateqoriya:Unitar respublikalar