Kendall Nikol Jenner (; ) amerikalı model və aktrisa. E! telekanalında yayımlanan Keeping Up with the Kardashians ailə realiti şoularında rol alır. Həmçinin Kim Kardaşyanın ögey bacısıdır.

Həyatı Brüs Cenner və Kris Cennerin qızıdır. Kayli Cenner adında doğma bacıdı və ana tərəfindən Kourti Kardaşyan, Kim Kardaşyan, Kloi Kardaşyan və Rob Kardaşyan adında 4 ögey bacı və qardaşı, ata tərəfindən isə 4 ögey bacı və qardaşı da vardır. Kendal məşhur amerikalı gənc televiziya şəxsiyyəti və mankendir. Həmişə şou-biznesdə danışılan və dünya dünya üzrə geniş kütlə tərəfindən izlənən Kim Kardaşyanın ögey bacısıdır. Kim Kardaşyanın anasının ikinci evliliyindən olan bacılarından Kendal, ögey bacısı ilə birlikdə “Keeping Up with the Kardashians” adındakı televiziya proqramı ilə etdiyi modellik və təşəbbüskarlıq işləri ilə adını eşitdirmişdir. Kendalın uşaqlığı Calabasas, Los-Ancelesdə keçdi. Burada Sierra Canyon Məktəbində təhsil aldı və 2014-cü ildə məzun oldu.

Karyerası Kendal 13 yaşında moda dünyasına qatıldı. İlk olaraq bacısı Kayli ilə Paper Magazine jurnalının "Gözəl İnsanlar" başlığı altında yer aldı.https://web.archive.org/web/20150924064256/http://www.papermag.com/2010/03/beautiful_people_2010_kendall_kylie_jenner.php 14 yaşında Wilhelmina Models modellik agentliyi ilə müqavilə imzalayaraq modellik karyerasına başladı. OK! Tenn Vouge, Seventeen jurnalları üçün çəkilişlərə başladı. 2011-ci ildə bacısı Kayli ilə birlikdə Seventeen jurnalı tərəfindən "Stil Elçiləri" olaraq seçilmişdilər. 2011-ci ildə Kendal, Miss Vogue baş səhifəsində yer alan ikinci model oldu. 2012-ci ildə isə Teen Vogue jurnalında baş səhifədə yer almışdır. Kendal və bacısı Kayli moda dizaynı dünyasına qatıldılar. Kendall & Kylie adında geyim markası yaratdılar.https://web.archive.org/web/20130714073219/http://finance.yahoo.com/news/pacsun-launches-premier-kendall-kylie-110000610.html Ardınca Steve Madden - Madden Girl markası üçün aksesuar və ayaqqabı dizayn etdilər. 2014-cü ilin yazında Kendall Nyu-Yprk Moda Həftəsində Mark Jakobs, Donna Karan, Diani von Furstenberq, Tommi Hilfiqer,https://web.archive.org/web/20150926234708/http://www.ryanseacrest.com/2014/09/08/kendall-jenner-walks-for-tommy-hilfiger-dvf-at-new-york-fashion-week/ Parisdə; Sonia Rykiel, Balmain, Givenchy, Chanel,https://web.archive.org/web/20150618123924/http://www.reveal.co.uk/fashion/news/a600184/kendall-jenner-joins-cara-delevingne-on-chanel-catwalk-in-paris.html Milanoda; Fendi, Ports 1961, Bottega Veneta, Pucci, Dolce & Gabbana markalarının moda şoularında yer aldı. The Society Manangement, Elite Paris və Elite London kimi agentliklərdə işləyən Kendal W Magazine, V Magazine, Vogue Paris və Interview Magazine jurnallarında şəkil çəkilişləri həyata keçirdi.

2015-ci ildə Harper's Bazaar, GQ və Marie Claire İndoneziya jurnallarının baş səhifəsində yer alan Kendal Calvin Klein markasının yeni üzü seçildi. İyun ayında Türkiyəyə gələn Kendal Antalyada Dosso Dossi Fashion Show-da podiuma çıxdı.https://web.archive.org/web/20160201120405/http://www.posta.com.tr/magazin/GaleriHaber/Kendall-Jenner-Antalya-da-podyuma-cikti.htm?ArticleID=285993 Burada beş fərqli geyimlə beş dəfə podiumda çıxış etdi.https://web.archive.org/web/20160201090648/http://www.haberler.com/20-dosso-dossi-fashion-show-kendall-jenner-basin-7402098-haberi/Dosso

Cenner Forbesin ən çox qazanan modellər siyahısında 2018-ci ilin ən varlı modeli seçildi.

Filmoqrafiya İlAdRol2007 - indiKeeping Up with the KardashiansÖzü2008E! True Hollywood StoryÖzü2009Kourtney and Khloé Take MiamiÖzü2011Kourtney and Kim Take New YorkÖzüKhloé & LamarÖzü2012America's Next Top Model Cycle 18ÖzüHawaii Five-0AJ2014RidiculousnessÖzüMuchMusic Video MükafatlarıÖzüThe High Fructose Adventures of Annoying OrangeÇiyələk2015I Am CaitÖzü

Nominasiyaları və mükafaları İlTədbirKateqoriyaNəticə2013Teen Choice MükafatlarıReality TV Yıldız seçimi: BayanQazandı2014Genç Hollywood MükafatlarıSən çox bəzənmisənNominasiyaTeen Choice MükafatlarıQadın HottieNominasiyaStil İkonuNominasiyaReality TV personaj seçimi: QadınNominasiya2015Models.com MDX Model ilin Mükafatları 2014Qadın UlduzQazandıTeen Choice MükafatlarıModel seçimiQazandıInStyle Sosial Media MükafatlarıRok ulduzuNominasiyaModern gənc kraliçaNominasiyaIADAS: The Lovie AwardsInternet Video: Trend VideoQazandıModels.com MDX Model Of The Year Awards 2015Sosial media starı: Qadın (münsif seçimi)NominasiyaSosial media starı: Qadın (izləyici seçimi)Qazandıİlin modeli: Qadın (izləyici seçimi)Nominasiya

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ-nin televiziya aparıcıları Kateqoriya:ABŞ xristianları Kateqoriya:Elite Model Management modelləri Kateqoriya:The Society Management modelləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:ABŞ qadınları Kateqoriya:ABŞ blogerləri