Əbdüləziz bin Əbdürrəhman bin Faysal əs-Səud həmçinin qısaca olaraq İbn Səud və yaxud II Əbdüləziz və Əbdüləziz bin Əbdürrəhman (15 yanvar 1875His birthday has been a source of debate. It is generally accepted as 1875, although a few sources give it as 1880. According to British author :en:Robert Lacey's book The Kingdom, a leading Saudi historian found records that show Abdulaziz in 1891 greeting an important tribal delegation. The historian reasoned that a nine or ten-year-old child (as given by the 1880 birth date) would have been too young to be allowed to greet such a delegation, while an adolescent of 15 or 16 (as given by the 1875 date) would likely have been allowed. When Lacey interviewed one of Abdulaziz's sons prior to writing the book, the son recalled that his father often laughed at records showing his birth date to be 1880. Abdulaziz's response to such records was reportedly that "I swallowed four years of my life." p. 561" — 9 noyabr 1953) — hökmdar, hərbi və dövlət xadimi, Səudiyyə Ərəbistanının qurucusu və ilk kralı (1932-1953). Ərəbistanın birləşdirilməsi üçün çoxsaylı müharibələr aparmışdır. 1902-1926-cı illərdə Nəcd dövlətinin əmiri, daha sonra - 1932-ci ilə qədər Hicaz, Nəcd dövlətinin və ilhaq edilən bölgələrin kralı.
Əbdüləziz Nəcd əmiri Əbdürrəhman bin Faysalın oğlu idi. Ailə 1890-cı ildə Riyad şəhərindəki iqamətgahlarından qovulmuşdu. Əbdüləziz, 1902-ci ildə yenidən Riyadı fəth etmiş, 30 illik mübarizə apararaq mərkəzi və şimali Ərəbistanın hökmdarı olmuşdur. 1922-ci ildə Nəcd üzərində nəzarətini möhkəmləndirdi, sonra 1925-ci ildə Hicazı fəth etdi. 1932-ci ildə daha sonra Səudiyyə Ərəbistanı Krallığına çevriləcək ərazini genişləndirdi. Kral olaraq, 1938-ci ildə Səudiyyə Ərəbistanında neftin kəşf edilməsinə və Birinci Dünya müharibəsindən sonra genişmiqyaslı neft çıxarılmasının başlanmasına nəzarət etmişdi. 45 oğlu, və Səudiyyə Ərəbistanının bütün sonrakı kralları da daxil olmaqla bir çox uşağın atası idi.
Həyatı İlk illər Səudlar ailəsi son 130 il ərzində mərkəzi Ərəbistanda əsas qüvvə idilər. Sələfiliyə arxalanan səudlar əvvəllər Osmanlı-Səudiyyə müharibəsi müharibəsində Osmanlı ordusu tərəfindən məhv edilənə qədər XIX əsrin əvvəllərinə qədər Ərəbistan yarımadasının çox hissəsini “ilk Səudiyyə dövləti” olan Diriyyə əmirliyi şəklində idarə etməyə çalışdılar.
Əbdüləziz 1875-ci il yanvarın 15-də Riyadda anadan olub. O dövrdə ərazisi yalnız Riyad ətrafından ibarət olan İkinci Səudiyyə dövlətinin başçısı Əbdürrəhman ibn Faysalın dördüncü oğlu idi. Əbdüləzizin anası Sudayri ailəsinin üzvü idi Sara bin Əhməd idi. Sara Ərəbistanın aparıcı nəsillərindən olan Sudayri sülaləsinin başçısı Əhməd Sudayrinin qız olmuş, 1910-cu ildə vəfat etmişdir. Onun doğma bacı və qardaşları Faysal, Nurə, Bazza, Həyya və Saad idilər. Bundan əlavə atasının digər evliliyindən Səudiyyə dövləti rəhbərliyində əhəmiyyətli rol oynayan Məhəmməd, Abdulla, Əhməd və Musaid də daxil olmaqla bir neçə ögey qardaşları da olmuşdu.
Əbdüləziz dinlə az maraqlanmış, daha çox qılınc və tüfənglə oynamağa həvəs göstərirdi. O, Quranı yalnız 11 yaşında oxumağı öyrənə bildi. Əbdüləzizin Riyadda Qurqn müəllimi Abdulla Əl Xarji olmuşdur. Gələcək kral gənc yaşlarından ailə şərəfini bərpa etməyi, Səud sülaləsinin şöhrətinin və sərvətinin qaytarılmasını arzulayırdı.
Sürgün və Riyadın geri alınması 200px|thumb|left|Əbdürrəhman bin Turki al Saud, kral Əbdüləzizin atası. 1890-cı ildə səudlar sülaləsini regionda uzun müddət rəqibləri olan Rəşidilər Riyadı fəth etdilər. O vaxt Əbdüləziz 15 yaşında idi. O və ailəsi əvvəlcə Ərəbistanın cənub səhrasında bədəvi qəbiləsi olan Al Murraha sığındılar. Daha sonra Əs-Səudlar Qətərə getdilər və iki ay orada qaldılar. Onların növbəti dayanacağı qısa bir müddət qaldıqları Bəhreyn oldu. Osmanlı imperiyası onlara Küveytdə yerləşmələrinə icazə verdi və təxminən on il orada yaşadılar. Əbdüləziz 1896-cı ildən Küveyt kral ailəsinin üzvü və Küveyt hökmdarı Mübarək Əl Sabahla dostluq münasibətləri yaratdı və Mübarəkin qeyri-adi həyat tərzi səbəbiylə atası Əbdürrəhman tərəfindən bəyənilməyən ziyafətlərini tez-tez ziyarət edirdi.
1901-ci il noyabrın 14-də Əbdüləziz və bəzi qardaşları, o cümlədən ögey qardaşı Məhəmməd və bir neçə əmisi oğlu (aralarında Abdulla bin Jiluvi), əsasən Rəşidilərlə müttəfiq qəbilələri hədəf alaraq Nejdə basqın etdilər. Dekabrın 12-də Al Aqsaya çatdılar və sonra müxtəlif qəbilələrin dəstəyi ilə cənuba Boş Məhəlləyə doğru irəlilədilər. Bu hadisədən sonra Əbdüləziz Əl-Rəşid Qətər hökmdarı Cəsim bin Məhəmməd Əl Taniyə və Bağdadakı Osmanlı valisinə müraciətlər edərək Əbdüləzizin ona sadiq qəbilələrə basqınlarını dayandırmaq üçün kömək istədi. Bu hadisələr Əbdüləzizin basqınçılarının sayının azalmasına səbəb oldu və atası Əbdürrəhman ondan Riyadı ələ keçirmək planlarını ləğv etməsini istədi. Lakin Əbdüləziz Riyad üzərinə yürüş üçün dəstə toplamağa davam etdi. 15-16 yanvar 1902-ci il tarixində atasının qarşı olmağına baxmayaraq, yürüşə başlamış Əbdüləziz, 60 nəfərlik bir dəstə ilə Riyadı ələ keçirdi. Hücum zamanı o, yalnız iki döyüşçünü itirdi. Rəşididlərdən olan yerli vali Ajlan Abdulla bin Jiluvi isə qala qapıları qarşısında öldürüldü. Əbdüləzizin qələbəsindən qısa müddət sonra Küveyt hökmdarı Mübarək Əl Sabah ona Əbdüləzizin kiçik qardaşı Səədin rəhbərliyi ilə əlavə yetmiş döyüşçü göndərdi. Bu uğurdan sonra atası Əbdürrəhman əmir adından oğlunun xeyrinə imtina etdi. Atası Əbdüləzizə vassal andı içərək, oğlunun məsləhətçisi oldu.Current Biography 1943, pp. 330–334
Hakimiyyətə qayıdış 250px|thumb|right|Kral Əbdüləzizin Eqab bin Muhaya adlı sənəd üzərində imzası Riyadın ələ keçirilməsindən sonra Səud sülaləsinin bir çox keçmiş tərəfdarı Əbdüləzizin çağırışı ilə silaha sarıldı. O, xarizmatik bir lider idi və ətrafına silahlı adamlar toplamaqda davam edirdi. Növbəti iki il ərzində o və qüvvələri demək olar ki, Nejdin yarısını Rəşidilərdən geri aldılar.
1903-1907-ci illərdə Əbdüləziz Rəşidilər sülaləsinin rəhbərlik etdiyi Cebel-Şammar (Hail) əmirliyi ilə müharibə apardı. 1904-cü ildə Əl-Rəşidlər sülaləsinin başçısı olan Əbdüləziz, hərbi qoruma və yardım üçün Osmanlı imperiyasına müraciət etdi. Osmanlılar buna cavab olaraq Ərəbistana əsgər göndərdi. Ümumilikdə müharibə ərzində 8 Osmanlı piyada batalyonu Rəşidilərin tərəfində döyüşmüşdü. 15 iyun 1904-cü ildə Əbdüləziz qüvvələri birləşmiş Osmanlı və Rəşidi qüvvələri tərəfindən ilk və sonuncu dəfə məğlubiyyətə uğradıldı. Bu hadisədən sonra o, qüvvələrini yenidən toplayaraq Osmanlıya qarşı partizan müharibəsi aparmağa başladı. Növbəti iki il ərzində onların tədarük yollarını poza bildi və onları geri çəkilməyə məcbur etdi. Lakin 1905-ci ilin fevralında Əbdüləziz Osmanlılar tərəfindən Cənubi Nəsdin kaymakamı titulunu aldı. Əbdüləziz əl-Rəşidin həlak olduğu və rəşidilərin uduzduğu Rövdət Muhannada döyüşündən sonra Əbdüləziz əs-Saud 1906-cı il oktyabrın axrına qədər Osmanlı imperiyasının Nəcd və Qassımdakı varlığını sona çatdırdı. Bu qələbə həm də Küveyt hökmdarı Mübarək Əl Sabah ilə Əbdüləziz arasındakı ittifaqı, birincinin bölgədəki Səudiyyə gücünün artması ilə bağlı narahatlığı səbəbindən zəiflədi.
İhvandlarla münasibət 1912-ci ildə o, Nəcd və Ərəbistanın şərq sahillərini fəth etdi. O, həmçinin eyni ildə "təmiz İslam"ı da qəbul etdi. Ən böyük qəbilələrin sədaqətini qazanmaq üçün İbn Səud, dini alimlərin və müəllimlərin tövsiyəsi ilə onları oturaq həyata keçirməyə başladı. Bu məqsədlə 1912-ci ildə hərbi-dini qardaşlıq İhvand (ərəbcə “qardaşlar”) quruldu. İhvand hərəkatına qoşulmaqdan imtina edən və İbn Səudu əmir və imam kimi tanımayan bütün bədəvi qəbilələri və vahələr Nəcdin düşməni kimi qəbul edilməyə başlandılar. İhvandlara qardaşlığın üzvlərini və vətənlərini sevməyə, imam-əmirə sözsüz itaət etmək və xarici ölkələrin (müsəlmanlar da daxil olmaqla) sakinləri ilə heç bir təmas qurmamağa çağırılan əkinçilik koloniyalarına ("hicrələrə") keçmək əmri verildi. Hər bir ihvand icmasında, yerli qarnizon üçün kazarma rolunu oynayan bir məscid tikildi. Beləliklə, ihvandların özləri təkcə əkinçilər deyil, həm də Səudiyyə dövlətinin döyüşçüləri oldular. 1913-cü ildə İbn Səud Əl-Həsə bölgəsini ələ keçirdi. 1915-ci ilədək İbn Səudun "kafirlər"lə müharibəyə girmək üçün ilk çağırışına hazır olan ən azı 60.000 nəfər daxil olmaqla 200-dən çox ihvand qəsəbəsi təşkil edildi.WorldStory.ru — история стран мира Ərəbistanın birləşdirilməsi 250px|thumb|left|Kral Əbdüləziz, qaynı Mübarək Əl Sabahla Küveytdə, 1910-cu il. 1914-cü ilin mayında Əbdüləziz, ingilislərlə müttəfiq olmaq üçün bir neçə səmərəsiz cəhdlərdən sonra Osmanlı ilə gizli müqavilə bağladı. Lakin Birinci Dünya müharibəsinin başlanması səbəbi ilə Əbdüləzizi Nəcdin valisi edən bu razılaşma reallaşmadı və Osmanlıların Əbdüləzizlə əlaqələri davam etdirmək cəhdləri səbəbiylə Britaniya hökuməti qısa müddətdə Əbdüləzizlə diplomatik əlaqələr qurdu. Britaniya agenti Kapitan Uilyam Şekspir bədəvilər tərəfindən yaxşı qarşılandı.Robert Wilson and Zahra Freeth. (1983). The Arab of the Desert. London: Allen & Unwin. pp. 312–13. Print. Bənzər diplomatik münasibətlər bölgəni birləşdirə və sabitləşdirə bilən bütün ərəb qüvvələri ilə quruldu. Britaniyalılar 1915-ci ilin dekabrında Darin müqaviləsinə imza atdılar ki, bu da Səud sülaləsinin torpaqlarını Britaniya protektoratı etdi. Bu müqavilə ilə britaniyalılar Səudiyyə dövlətinin sərhədlərini müəyyənləşdirməyə cəhd göstərdilər.John C. Wilkinson. (1993). Arabia's Frontiers: the Story of Britain's Boundary Drawing in the Desert. London u.a.: Tauris, pp. 133–39. Print Əvəzində Əbdüləziz Osmanlının müttəfiqi olan İbn Rəşidə qarşı yenidən müharibə edəcəyinə söz verdi.
Birinci Dünya müharibəsi ərzində səudlar Britaniya müttəfiqi kimi Osmanlı imperiyasına qarşı döyüşdülər. 1920-ci ildə isə ingilislərin maddi dəstəyindən istifadə edərək Əbdüləziz nəhayət Rəşidiləri darmadağın etdi. Osmanlı imperiyası dağılan zaman Ərəbistan yarımadasında beş müstəqil dövlət meydana gəlmişdi: Hicaz, Nəcd, Cebel-Şammar, Asir və Yəmən. Əbdüləziz 1921-ci ilin aprel-may aylarında Cebel-Şammarı ilhaq etməyə çalışdı, ancaq yalnız avqust ayında ər-Rəşidilərin paytaxtı Hail Əbdüləzizin qoşunları tərəfindən alındı. Həmin il noyabrın 1-də Cebel-Şammar əmirliyi mövcudluğunu dayandırdı.Саудовские завоевания на Аравийском п-ове 1900—1930 гг Məkkə şərifi ilə qarşıdurma Bu qələbədən sonra İbn Səudun əsas rəqibi Məkkənin şərifi və Hicaz kralı Hüseyn ibn Əli əl-Haşimi oldu. 1922-ci ildə Əbdüləziz şimaldakı Asiri döyüşsüz ələ keçirdi və 1924-cü ilin iyulunda Hicazda dindən qopmuşlara qarşı cihada çağırdı. 1924-cü ilin avqustunda müharibə gedən Hicaz torpağında Sovet konsulu Kərim Əbdüraufoviç Hakimov (1892-1938) İbn Səudun nümayəndəsinə etimadnaməsini təqdim etdi. Sentyabrın əvvəlində ihvan dəstələri sərhəd şəhəri Et-Taifə girərək burada əsasən dinc insanları öldürdülər. Əl-Taif hadisələrindən qorxmuş Hicaz əyanları Hüseyinə qarşı çıxdılar. O, taxdan oğlu Faysalın lehinə imtina etmək məcburiyyətində qaldı. Yeni kralın Məkkəni müdafiə etməyə gücü çatmadı və tərəfdarları ilə Ciddəyə sığındı. Oktyabr ayının ortalarında ihvanlar Müqəddəs şəhərə daxil oldular və 1925-ci ilin yanvarında Ciddənin mühasirəsi başladı. Dekabrın 6-da Mədinə təslim oldu və dekabrın 22-də Faysal Ciddəni tərk etdi. Bundan sonra Nəcd qoşunları şəhərə daxil oldular. Elə həmin il İbn Səud Məkkəni ələ keçirdi və bununla da Haşimilərin 700 illik hakimiyyətinə son verildi. 1926-cı il yanvarın 10-da Əbdüləziz əl-Səud Hicazın kralı elan edildi. Yeni Nəcd və Hicaz krallığı quruldu. Bir neçə il sonra Əbdüləziz demək olar ki, bütün Ərəbistan yarımadasını tutdu.
İhvan üsyanı