Heydərpaşa məscidi (, ) və ya əvvəlki adı ilə Müqəddəs Yekaterina kilsəsi ― Şimali Nikosiyada tarixi məscid. Məscid Lefkoşada Aya Sofiya katedralından sonra ən vacib qotik binadır.Historic Cyprus — A Guide to its Towns and Villages, Monasteries and Castles", by Rupert Gunnis (former Inspector of Antiquities in Cyprus), pub 1936, reprinted 1973 by Halkin Sesh Ltd, Nicosia. Pp 58–60 Tikili Harri Lük tərəfindən adadakı qotik binaların ən yaxşı nümunələrindən birini təmsil edən əsər olaraq təsvir edilmişdir.

Tarixi Tikili 14-cü əsrdə, Kipr krallığı dövründə inşa edilmiş və Müqəddəs Yekaterina kilsəsi adlandırılmışdır. 1570-ci ildə Lefkoşanın Osmanlılar tərəfindən fəthindən sonra bura məscidə çevrilmişdir. Buraya tarixən "Ağalar camisi" deyilirdi. Çünki burada tez-tez onun ətrafında yaşayan türk yerli aristokratları rastlaşırdılar. Məscid Kirlizade küçəsində yerləşir.

Binanın sağ tərəfində Müqəddəs Yekaterinanın məzarının olduğu deyilən yer hələ 19-cu əsrdə qeyd edilmişdir. Kipr yunanları tez-tez gəlib burada yağ lampalarını yandırırdılar. Sağ tərəfdə qədim şəhərin Aya Sofiyanın minarələrindən sonra ən hündür minarəsi olan minarə yerləşir.Levkosia, the capital of Cyprus" by Archduke Louis Salvator, 1881 Tikilinin iki girişi var. Qərb qapısında üç dəfə təkrarlanan iki əjdaha arasında bir gül olan mərmər lintel var. Daha çox inşa edilmiş digər qapı isə cənub tərəfdədir.

Məscidin sol tərəfində ona bitişik olan, yalnız bir neçə qotik tağın qaldığı yarı-dağınıq tikili yerləşir. Sağda isə bəzəkli və finiallı bir portal da var.

Tikilinin interyeri ağardılmış və xeyli zədələnmişdi.Levkosia, the capital of Cyprus" by Archduke Louis Salvator, 1881 Lakin ağartma 20-ci əsrin əvvəllərində götürülmüşdür və divarlardakı rəəsm izləri görülür.

Məsciddə həm mehrab (Məkkənin istiqaməti), həm də minbər sağ tərəfdə yerləşir.Levkosia, the capital of Cyprus" by Archduke Louis Salvator, 1881

Bura hal-hazırda incəsənət qalereyası olaraq fəaliyyət göstərirLonely Planet Cyprus, By Lonely Planet, Josephine Quintero, 2012 və əvvəllər nikah qeydiyyatı idarəsi olmuşdur.

İstinadlar

Kateqoriya:Şimali Kipr məscidləri Kateqoriya:Nikosiya tikililəri Kateqoriya:Məscidə çevrilmiş kilsələr Kateqoriya:XIV əsr məscidləri Kateqoriya:XIV əsrə aid kilsələr