Vaqif İbad oğlu Nəsirov — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor
Həyatı Vaqif Nəsirov 4 oktyabr 1945-ci ildə Masallı rayonunun Mollaoba kəndində anadan olmuşdur. V. Nəsirov 1983–87-ci illərdə Əlçəzair Xalq Demokratik Respublikasının Bumerdes şəhərində Yüngül Sənaye İnstitutuna ezam olunmuş, həmin institutun fizika kafedrasına rəhbərlik etmişdir. Eazamiyyətdən qayıtdıqdan sonra ADPU-da fəaliyyətini davam etdirmişdir. O, Azərbaycan MEA Fizika problemləri əlaqələndirmə şurasının komissiya sədri, AzTU-nun və Bakı Mühəndislik Universitetinin "Fizika", "Amerika müasir fizika" jurnallarının redaksiya heyətinin üzvüdür.
Karyera: 1967–68-ci illər ADPU-nun Ümumi fizika və astronomiya kafedrasının baş laborantı, 1971–1973-cü illər ADPU-nun Ümumi fizika və astronomiya kafedrasının assistenti, 1973–1978-ci illər ADPU-nun "Elektrik və optika" kafedrasının baş müəllimi, 1978–1994-cü illər ADPU-nun "Elektrik və optika" kafedrasının dosenti olmuşdur. 1977–78-ci illərdə XI Paris universitetinə 10 aylıq elmi ezam edilmişdir. 1978-ci ildə Fransa Kimyəvi-fizika Cəmiyyətinə üzv seçilmişdir. 1983–87-ci illərdə Əlcəzair Demokratik Respublikası Bumerdes Yüngül Sənaye İnstitutuna ezam olunmuş və həmin institutun Fizika kafedrasına rəhbərlik etmiş, əlcəzairli tələbələrə fizikanı fransız dilində tədris etməklə yanaşı onlar üçün elə həmin dildə Ümumi fizika kursunun müxtəlif bölmələrindən 4 dərs vəsaiti yazmışdır. 1994-cü ildən "Elektrik və optika" kafedrasının professorudur. Elektrik və maqnetizm; Optika və Fizika tarixi fənlərini tədris edir.
Təhsili 1963-cü ildə Nizami Gəncəvi adına Boradigah onbirillik məktəbini qızıl medalla, 1967-ci ildə kecmiş V. İ. Lenin adına APİ-nun (indiki ADPU) fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Kadr hazırlığı 6 fəlsəfə doktoruna, 18 magistrə və onlarca buraxılış işlərinə rəhbərlik etmişdir.
Mükafatları 2000-ci ildə "Yusif Məmmədəliyev mükafatı"na layiq görülmüşdür. 2015-ci ildə "Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur. 2015-ci ildə və 2021-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin "Fəxri fərman"ı ilə təltif olunmuşdur.
Elmi yaradıcılığı
Elmi dərəcəsi və elmi adları 200-dən artıq elmi-metodiki əsərin, 30 dərs vəsaiti, monoqrafiya və elmi-kütləvi kitabın müəllifidir. Vaqif Nəsirovun yazdığı "Elektrik", "Elektrik və maqnetizm", "Optika", "Elektrik dövrələrinin nəzəri əsasları", "Ümumi fizika kursundan laboratoriya praktikumu", "Elektrik və maqnetizmdən məsələlər", "Kristalloqrafiyanın elementləri" və b. dərs vəsaitləri bu gün tələbələrin stolüstu kitablarıdır. Vaqif Nəsirov 1972-ci ildə "KNO3, AgNO3 və TlNO3 monokristallarında polimorf çevrilmələrin tədqiqi" mövzusunda namizədlik dissertasiyasını Azərbaycan Dövlət Universitetində (indiki BDU) müdafiə edərək 01.040-eksperimental fizika ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi adını almışdır. O, 1993-cü ildə AMEA-nın H. M. Abdullayev adına Fizika İnstitutunda "İon və molekulyar kristallarda polimorfizm" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, 01.04.10-"Yarımkeçiricilər və dielektriklər fizikası" ixtisası üzrə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır. 1994-cü ildən ADPU-nun professorudur.1. Fərrux Rüstəmov Azərbaycan Dövlət Universitetinin professorları, Bakı, 2021;Xankişi Məmmədov Fizika fakültəsi, Bakı, 2021.
Elmi tədqiqatları V. Nəsirov müxtəlif üzvi və qeyri üzvi maddələrin kristallarında quruluş faza çevrilmələrinin tədqiqi problemi üzərində işləmiş və bu gün də həmin tədqiqatlarını davam etdirir. Tədqiqatı zamanı o, bir sıra ilklərə imza atmışdır. Məhz bərk mühitdə kristalın ritmik böyüməsini ilk olaraq kəşf etmişdir. Bu kəşf məqalə şəklində çap olunmaq üçün məhz "Sovet kristalloqrafiyasının atası" sayılan akademik A. V. Şubnikov tərəfindən (hal-hazırda Kristalloqrafiya institutu onun adını daşıyır) "SSRİ EA Məruzələri"(Dokladı AN SSSR) adlı dövrünün ən nüfuzlu jurnalına təqdim olunmuş və orada çap olunmuşdur.
Professor Vaqif Nəsirovun aldığı elmi nəticələr dünyanın bir sıra görkəmli alimləri tərəfindən çox yüksək qiymətləndirilmişdir. Onların arasında xalqımızın böyük oğlu, dünya şöhrətli alim X. S. Məmmədov, Vaqif müəllimin elmi rəhbərləri prof. A. İ. Kitayqorodski, prof. Y. Q. Əsədov, fransız fizikləri Mişel Maqa, Henri Svark, İvet Ajen və b. vardır.
Vaqif Nəsirov 1977–78-ci illərdə XI Paris Universitetində elmi ezamiyyətdə olmuş, fransız fizikləri ilə birlikdə elmi təcrübələr aparmışdır. O ölkəmizdə temperaturun təsiri baş verən quruluş çevrilmələrini Fransada təzyiqin təsirilə davam etdirmiş, bir sıra maraqlı nəticələr əldə etmişdir. Bu tədqiqatların nəticələri "Fransada ezamiyyətdə olduğu müddətdə ölkənin müxtəlif universitetlərində o cümlədən VI və XI Parıs, Bordo, Qrenobl, Strasburq, Tuluza universitetlərində elmi məruzə edilmişdir. 1978-ci ildə Fransa Kimyəvi Fizika Çəmiyyətinin Fəxri Prezidenti prof. M. Maqa və prof. H. Svarkin təqdimatı ilə həmin cəmiyyətə üzv seçilmişdir.
Tədqiqat sahəsi: Üzvi və qeyri-üzvi birləşmələrin kristallarda polimorf çevrilmələrin mexanizminin araşdırılması. Polimorf çevrilmələrin morfologiya və kinetikasının tədqiqi. Polimorf modifikasiyaların kristal quruluşunun tədqiqi
Kitabları (monoqrafiya, tədris-metodik vəsaitlər) 1. "Optik şəffaf kristallarda polimorfizm" (rus dilində) monoqrafiya Bakı, Şərq-Qərb mətbəəsi, — 1997, — 166 səh.
2. "Fizika" dərs vəsaiti, Bakı, ADPU-nun nəşri, −1980, — 122 səh.
3. "Cours de physique" (IV parti) dərs vəsaiti fransız dılındə, Alger, 1986, Bumerdes, — 180 səh.
4. "Problemes de physique" dərs vəsaiti fransız dılındə, Alger, Bumerdes, — 1986, — 165 səh.
5. "Travaux praktiquede physique" dərs vəsaiti fransız dılındə, Alger, Bumerdes, — 1986, — 165 səh.
6. "Recueil des sujets des composition et des examenphysique", metodik göstərişlər fransız dılındə, Alger, Bumerdes, — 1986, — 138 səh.
7. "Optik şəffaf mühitin sındırma əmsalının təyini" (fransız dilində), metodik göstərişlər fransız dılındə, Alger, Bumerdes, — 1986, — 6 səh.
8. "Mayenin səthi gərilmə əmsalının təyini" (fransız dilində), metodik göstərişlər fransız dılındə, Alger, Bumerdes, — 1986, — 7 səh.
9. "Travaux praktiquede physique" dərs vəsaiti fransız dılındə, Alger, Bumerdes, — 1986, — 180 səh. 10. " Elektroliz qanunları" metodik göstərişlər fransız dılındə, Alger, Bumerdes, — 1986, — 6 səh.
11. "Rentgen quruluş təhlilindən xususi praktikum" dərs vəsaiti, Bakı, — 1992, — 72 səh.
12. "Kristalloqrafiyanın elementləri" dərs vəsaiti, Bakı, — 1995, — 177 səh.
13. "Ümumi fizika kursundan laboratoriya praktikumu" dərs vəsaiti, Bakı, ADPU, — 1995,- 186 səh.
14. "Fizika" dərs vəsaiti, Bakı,1997, ADPU, 179 səh. 15. "Bərk cisimlər fizikasının məslələrlə şərhi", dərs vəsaiti, Bakı, Çaşıoğlu mətbəəsi, — 1999, — 208 səh.
16. "Elektrik", dərs vəsaiti, Adiloğlu nəşriyyatı, Bakı, — 2003, — 340 səh. 17. "Bərk cisimlər fizikasının məslələrlə şərhi" II nəşr, dərs vəsaiti, Bakı, Təhsil NPM, — 2006, — 218 səh.
18. "Kristallar aləmi" kitab, Bakı, Adiloğlu nəşriyyatı, — 2008, — 131 səh.
19. "Elektrik və maqnetizm" dərs vəsaiti, Bakı, Adiloğlu nəşriyyatı, — 2008, — 410 səh.
20. "Pedoqoji Universitet və institutlarda bakalavr hazırlığı üçün dövlət imtahanı proqramı", metodiki iş, Bakı, ADPU, — 2008, — 15 səh.
21. "Elektrik dövrələrinin nəzəri əsasları" dərs vəsaiti, Bakı,- 2009, — 317 səh.
22 "Ümumi fizika kursundan laboratoriya praktikumu" dərs vəsaiti, Bakı, Ləman MMC, — 2010, — 352 səh.
23. "Optika" dərs vəsaiti, Bakı, ADPU, — 2011, — 282 səh.
24. "Elektrik və maqnetizmdən məsələlər" dərs vəsaiti, Bakı, Elm və təhsil, — 2011, — 236 səh.
25. "Optika" dərs vəsaiti, Bakı, ADPU, — 2012, — 347 səh.
26. "Elektrik dövrələrinin nəzəri əsasları" dərs vəsaiti, Bakı, "ADPU" nəşriyatı, — 2015, — 294 səh.
27. "Raiotexniki dövrələrin əsasları" (lab.praktikumu), dərs vəsaiti, Bakı, ADPU-nun nəşriyyatı, — 2018, — 133 səh.
28. "Radiotexniki dövrələrin nəzəri əsasları" dərs vəsaiti, Bakı, ADPU-nun nəşriyyatı, — 2019, — 348 səh.
29. "Fizika taixi" dərs vəsaiti,' Bakı, ADPU-nun nəşri, — 2020, — 188 səh.
Patent Patent və əmtəə nişanlarının ekspertiza mərkəzi, Sənaye mülkiyyəti, ixtiralar və modellər, 2021, № 3, səh. 6.
Beynəlxalq seminar, konfrans və simpoziumlarda iştirakı 1971. Совешания по применению рентгеновских лучей 1971. Ali məktəblər arası III Respublika konfransı, Bakı 1978. Mürəkkəb yarımkeçiricilərin fiziki xassələrinə həsr olunmuş Respublika Konfransı, Bakı 1980. VI Международная конференция по росту кристалов, Москва 1984. Seminar scientitique de lab. Univer. Paris-Sud., Франция 1984. Seminar scientitique de lab. Crystallophysique, del Univ. Paris-4., Франция 1992. Sattelite conf. of. Eurohen high. pressur. rech. group. Baku 1992. Fourteen Europ. Crystallogr. meeting, Netterland, Amsterdam 1994. The First Inter. Conf. Mat. Sci. Chalogenide and. Diam. Semissor Cherinvitsi 2006. Национальная конференция по росту кристаллов (НКРК), Москва 2007. Metallar fizikasının müasir problemləri Beynəlxalq elmi-praktiki konfrans, Bakı 2007. Национальная конференция по росту кристаллов (НКРК), Москва 2010. Metalşunaslığın müasir problemləri II Beynəlxalq elmi-praktiki konfrans, Bakı 2010. Международная конференция по росту кристаллов (НКРК), Москва 2013. Akad. M. Nağıyevin 105 illiyinə həsr olunmuş Respublika elmi konf., Bakı 2013. B. Əsədov −80. Elmi konfrans, Bakı 2013. Fizikanın müasir problemləri VI Respublika konfransı, Bakı 2013. Седомой Международной Науч. тех. Конф., Ваку 2014. Fizikanın müasir problemləri VII Resp. konf., Bakı 2015. Gənc tədqiqatçıların III Beynəlxalq Elmi konfransı Qafqaz universiteti, Bakı 2016. Metallar fizikasının müasir problemləri V Beynəlxalq elmi-praktiki konfrans, Bakı 2017. International Conference MODERN TRENDS IN PHYSICS, 20–22 aprel, Baku, Azerbaijan 2017. İnternational Conferance, Modern Trends in Physics, 20–22 April, Baku 2017. I İnternational Conferance of young researchers 05–06 may, Baku 2018. II İnternational Conferance of young researchers 27–28 april, Baku 2018. Tətbiqi fizika və energetikanın aktual problemləri Beynəlxalq elmi konf., Sumqayıt, 24–28 may 2018. Doktorant və gənc tədqiqatçıların Beynəl.elmi konf. AzMİU, 26–27 aprel, 2019. III İnternational Conferance of young researchers 29–30 april, Baku 2019. Respublika Elmi konf. SDU, Sumqayıt, 30–31 may 2020. II İnter. Conf of scientific resherch, march 6–8, Ankara 2020. IV İnternational Conferance of young researchers, Baku 2021. V İnternational Conferance of young researchers, 29–30 april, Baku, Book 3 2021. II İnternational science and engineering conferance, 26–27 november, Baku, Azerbaijan. 2022. Scientifik Collektion "İnterconf", 118, Juli, 2022, Geneva, Svvertland 2022. X İnter. Scien. Praktical Confer Washinqton, USA, 16–18 november 2023. VII İnternational Conferance of young researchers, 28–29 april, Baku, 2023. AJP FİZİKA, H. Əliyevin 100 illiyinə həsr olunmuş konfrans materialı, 08–09 iyun, BAKI 2023. Международной конф. посвящен.300 летию РАН, 10–15 сентябр, Махачкала
Əsərləri (elmi məqalələri) V. İ. Nəsirov, Y. Q. Əsədov. Kalium nitratda yeni fazanın böyüməsinin ritmik xarakteri haqqında. Dokladı AN SSSR (rusdilində). 191, N6, 1280–1283, Moskva, 1970 Y. Q. Əsədov, Q. A. Cəbrayılova, V. İ. Nəsirov. KNO3, AgNO3, NH4NO3 kristalların dapolimorf çevrilmələrinin morfologiyası. J. Cristl Growth, (ingilis dilində)-15, 45–50, Nyu-York, 1972 V. İ. Nəsirov, X. A. Adıgözəlova. SnS-in aşağı temperatur fazasının stabilləşməsinə nadir torpaq metallarının təsiri. (rus dilində)- İzvestiya Rossiyskoy Akademii (Neorq. mater.) tom 37. N11, səh.1099–1101, Bakı, 2001. V. İ. Nəsirov, Y. Q. Əsədov. Bərk cisimlərdə polimorf çevrilmələr zamanı rüşeyim əmələ gəlmə prosesində defektlərin rolu (rus dilində). AMEA-nın Xəbərləri, T LXI, N2, 12–15, Bakı, 2002.