Dağıstan Respublikasının başçısı və ya 31 dekabr 2013-cü ildə qədər Dağıstan Respublikasının Prezidenti () — RF-ə bağlı muxtar Dağıstan Respublikasında ən yüksək vəzifə.
Dağıstanın Dövlət Başçısı, Rusiya Federasiyası Konstitusiyasına və federal qanunlara, Dağıstan Respublikasının Konstitusiyasına və Dağıstan qanunlarına uyğunlaşma təmin edilməsinə, eyni zamanda xalqların bərabərliyinə, insan və vətəndaş hüquq və azadlıqlarına yönəlmiş bir siyasət həyata keçirir və Dağıstan Respublikasının birliyinin və ərazi bütövlüyünün qorunması üçün siyasət aparır. Dövlət başçısı 30 yaşından kiçik bir şəxs ola bilməz.
Səlahiyyət müddəti beş ildir. Rusiya Federasiyası Prezidenti tərəfindən irəli sürülmüş üç namizəd arasından Dağıstan Respublikası Milli Məclisinin deputatları tərəfindən seçilir.
Tarixi
Ali Şuranın sədri
1991-ci ildən 1994-cü ilə qədər Dağıstanda yüksək vəzifə Ali Şuranın sədri olmuşdur. Bu vəzifənin adı 1991-ci ilə qədər "Dağıstan MSSR Ali Şuranın sədri" olmuşdur. Bu vəzifədə ilk və sonuncu milliyətcə dargin olan Məhəmmədəli Məhəmmədov olmuşdur.
Dövlət Şurasının sədri
1994-cü ildə Ali Şuranın sədrliyi vəzifəsi Dövət Şurasının sədrliyi vəzifəsi ilə əvəz edilmişdir. Bu vəzifədə 2006-cı ilə qədər yenə Məhəmmədəli Məhəmmədov olmuşdur.
Prezident
2006-cı ildə Dövlət Şurasının sədrliyi ləğv edildə və Dağıstan Respublikasının prezidenti vəzifəsi ilə əvəz edildi.
Respublikanın ilk prezidenti Muxu Əliyev oldu.
Başçı
30 dekabr 2013-cü ildə Prezident vəzifəsi ləğv edildi və başçı vəzifəsi ilə əvəz edildi.
Dağıstanın Dövlət Başçılarının siyahısı +#AdıPortretiHakimiyyətin əvvəliHakimiyyətin sonuPartiya1.Məhəmmədəli Məhəmmədoviç Məhəmmədovframeless|146x146px13 may 199120 fevral 20062.Muxu Himbətoviç Əliyevframeless|189x189px20 fevral 200620 fevral 20103.Məhəmmədsalam Məhəmmədəliyeviç Məhəmmədovframeless|193x193px20 fervral 201028 yanvar 20134.Ramazan Hacımuradoviç Abdulatipovframeless|191x191px28 yanvar 20133 oktyabr 20175.Vladimir Abdualiyeviç Vasilyevframeless|152x152px3 oktyabr 20175 oktyabr 20206.Sergey Alimoviç Melikovframeless|211x211px5 oktyabr 20204 may 20267.Fyodor Vyaçeslavoviç Şukin ()frameless|211x211px4 may 2026
Kateqoriya:Dağıstan