Dabbe — istehsalı, rejissorluğu və ssenaristliyi Həsən Qaracadağ tərəfindən olan türk istehsalı qorxu filmi.
Film, Quran-i Kərimin Nəml surəsində yer alan, din alimlərinin nə olduğu haqqında tam fikirləri olmadığı Dabbetül Arz mövzusundadır və onu internet şəbəkəsi olaraq bildirir. Film, Türkiyə kinoteatrlarında 539 min 381 insan tərəfindən izlənmişdir.
Mövzu Yeni 2006-cı ilə girmişkən, Amerika Birləşmiş Ştatlarında qəribə intihar hadisələri baş verir. Türkiyədə bunlara oxşar ilk hadisə İzmirin Səlcuq rayonunda meydana gəlir. İnternet ilə arası digər insanlara nisbətdə daha yaxşı olan Tarık, səbəbsiz yerə intihar etmişdir. Tarıkın yaxın dostları Səma, Handə və Cem komissar Süleyman tərəfindən sorğu olunur amma bir nəticə alınmır. İləriki günlərdə Cemə Tarıkın adresindən elektron poçt gəlir. Bir ölünün yaşayanlarla əlaqə qurması mümkündür? Bəs başka növ varlıqların virus kimi internet üzərindən yayılması? Dabbetül Arz ortaya çıxıb, həqiqətlər xəyalla qarışdığında mümkünsüz deyə bir şey də qalmayacaq.
İstinadlar https://web.archive.org/web/20131203040749/http://sanat.milliyet.com.tr/turk-korku-filmi--dabbe--mucize-yaratti/sinema/haberdetay/22.03.2006/532159/default.htm https://web.archive.org/web/20120320234149/http://www.boxofficeturkiye.com/film/2006023/Dabbe.htm https://web.archive.org/web/20130812020618/http://arsiv.sabah.com.tr/2006/03/24/gny/gny125-20060324-200.html
Xarici keçidlər IMDb'də Dabbe
Kateqoriya:Türkiyənin qorxu filmləri Kateqoriya:Türkiyə haqqında filmlər Kateqoriya:2006-cı ilin Türkiyə filmləri Kateqoriya:Netflix orijinal filmləri Kateqoriya:2006-cı ilin qorxu filmləri