Eva Sekey (; ) — Macarıstan üzgüçüsü. O, Helsinkidə keçirilən 1952 Yay Olimpiya Oyunlarında qızıl medal və 1956 Yay Olimpiya Oyunlarında gümüş medal qazandı, altı dünya rekordu vurdu və 44 milli titul qazandı. 1953-cü ildə 400 m fərdi kompleks yarışında ilk dünya rekordunu vurdu.EVA SZEKELY (HUN) . ishof.org
Həyatı Sekey Macarıstanın Budapeşt şəhərində anadan olub. 1941-ci ildə Sekey yəhudi olduğu üçün başlamasına çətinliklə icazə verilsə də, sürət üzrə milli rekordu qırdı.Hall of fame - Székely Éva. sportmuzeum.hu Uşaq ikən yerli üzgüçülük komandasında yarışırdı. 1941-ci ildə, 14 yaşında, yəhudi olduğu üçün komandadan qovuldu. Növbəti dörd il ərzində yarışlardan kənarlaşdırıldı və məşhur üzgüçü olduğu üçün Holokostdan qismən xilas oldu. II Dünya Müharibəsinin sonlarına doğru, Budapeştdə isveçrəli şəxsin həddindən artıq doldurulmuş iki otaqlı “təhlükəsizlik evində” 41 nəfərlə birlikdə yaşadı və formada qalmaq üçün hər gün pilləkənləri 100 dəfə yuxarı-aşağı qaçırdı.
II Dünya Müharibəsinin sonunda, daha sonra boşandığı və özündən əvvəl 2013-cü ildə vəfat edən həyat yoldaşı Dejö Dyarmati ilə tanış oldu. Bundan başqa, əri su polosu üzrə üç qat olimpiya çempionu (1952, 1956 və 1964) idi.Éva Székely. sports-reference.com Onun qızı Andrea Dyarmati Münhendə keçirilən 1972 Yay Olimpiya Oyunlarında iki medal qazanan kürək və baterflay növündə üzgüçüsü idi. 1956-cı il macar inqilabından sonra ailə ABŞ-yə köçdü, lakin Sekeyin valideynlərinə qulluq etmək üçün Macarıstana döndülər.
O, 1947 Universiadasında üç qızıl medal qazandı. 1951-ci il Dünya Universitetlər çempionatında beş qızıl medal qazandı.
Helsinkidə keçirilən 1952 Yay Olimpiya Oyunlarında 200 metrlik brass üsulu ilə üzgüçülükdə qızıl medal qazandı (olimpiya rekordunu təzələdi) və 1956 Yay Olimpiya Oyunlarında gümüş medala layiq görüldü. O, həmçinin altı dünya rekordunu təzələdi və 44 milli yarışın qalibi oldu. 1953-cü ildə fərdi 400 metrlik kompleks yarışında ilk dünya rekordunu qoydu.
Yarışlarda iştirakını dayandırdıqdan sonra Sekey eczacı və üzgüçülük məşqçisi kimi işlədi. Onun şagirdləri arasında qızı da var idi.
1976-cı ildə onun adı Beynəlxalq Üzmə Şöhrət Zalına əlavə edildi. 2004-cü ildə Macarıstan xalqının idmançılarından biri seçildi, 2011-ci ildə isə Prima Primissima mükafatını aldı. Əlavə olaraq onun adı Beynəlxalq Yəhudi İdmançılar Şöhrət Zalına daxil edildi.
Ölümü 29 fevral 2020-ci ildə, 93 yaşından beş həftə əvvəl, 92 yaşında Budapeştdə vəfat etdi.
Nəşrləri Biri digər dillərə tərcümə olunmuş üç kitabın müəllifidir:
"Yalnız qaliblərin ağlamasına icazə verilir!" (Sírni csak a győztesnek szabad!) Budapeşt, 1981, Magvető Kiadó "Gəldim, gördüm, uduzdum?" (Jöttem, láttam… Vesztettem?) Budapeşt, 1986, Magvető Kiadó "Üzdüm/Sağ qaldım" (Megúsztam) Budapeşt, 1989, Sport Kiadó
İstinadlar
Kateqoriya:Macarıstan yəhudiləri Kateqoriya:Macarıstan olimpiya üzgüçüləri Kateqoriya:1948 Yay Olimpiya Oyunlarında üzgüçülər Kateqoriya:1952 Yay Olimpiya Oyunlarında üzgüçülər Kateqoriya:1956 Yay Olimpiya Oyunlarında üzgüçülər Kateqoriya:Olimpiya gümüş medalına sahib Macarıstan idmançıları Kateqoriya:Olimpiya qızıl medalına sahib Macarıstan idmançıları Kateqoriya:1956 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:1952 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Üzgüçülük üzrə olimpiya çempionları Kateqoriya:Olimpiya gümüş medalına sahib üzgüçülər Kateqoriya:Macar dezertirlər