Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi — Azercell Telekom MMC tərəfindən 2009-cu ildə yaradılan Azərbaycanın ilk biznes inkubatorudur. Mərkəzin əsas məqsədi Azərbaycanda rəqəmsal ekosistemi böyütməkdir.http://innovationagency.az/biznes-inkubasiya-merkezi/ İnnovasiyalar Agentliyi
Şagirdlərə məktəbdən real biznes aləminə daxil olanadək dəstəyin göstərilməsi, praktiki seminarların aparılması, yay-qış məktəbi proqramlarının, məktəblilər arasında Hackaton yarışmalarının təşkili və İT üzrə Olimpiadalara hazırlıq kurslarında məktəblilərin iştirakı da proqrama daxildir. Əməkdaşlıq çərçivəsində məktəbdə şagirdlər üçün Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ofisi açılması da daxildir."Barama məktəblilər üçün yeni layihəyə başlayır" . ABC. 22.12.2017
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi həmin ildə məktəblilər üçün daha bir layihə həyata keçirdi. "Coding Kids – Summer IT School" adlı layihə çərçivəsində uşaqlara 6 həftə ərzində İnformasiya Texnologiyalarına və Kompüter elmlərinə giriş, Kodlaşdırma Texnikası, Mobil Tətbiqlərin Yazılması, Verilənlər Bazası, C++ Proqram dilinin öyrənilməsi və digər maraqlı mövzular tədris edilib.
ABŞ-nin Virciniya ştatında bir startap yaradılması və 6 startap müəssisəsinin inkişaflarını gücləndirmək üçün Kaliforniyanın Silikon Vadisini ziyarət etməsinə səbəb oldu.
Tarixi Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi İnnovasiya Laboratoriyası, Biznes İnkubator və Sahibkarlıq dəstəyi, İş Həlləri və Tərəfdaşlıq sahələrindən ibarətdir.https://barama.az/ Barama
2017-ci ilə qədər Mərkəz 300-dən çox tədbirə ev sahibliyi etdi, 3500 müraciət toplayaraq 45 startapı işə salıb.
2017-ci ilin yanvarın 18-dən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycan İqtisadi İslahatların Təhlii və Kommunikasiya mərkəzi ilə əməkdaşlığa başlayıb."Azərbaycanda Startap olmaq asandır!" . Azercell. 19.01.2017
2017-ci il iyunun 3-də Gəncə şəhərinin Azərbaycan Texnologiya Universitetinin nəzdində fəaliyyət göstərəcək yeni mərkəzinin açılışı olub."Gəncədə "Barama" İnnovasiya və Sahibkarlıq mərkəzi açılıb" . Salamnews. 03 iyun 2017
2017-ci il dekabrın 21-də Azercell və "Azərbaycan Britaniya Kolleci" arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən məktəblilər üçün xüsusi təlim proqramları təşkil olundu. "Sahibkarlıq məktəbi", "İT məktəb" və "İT Media" adlı 3 hissədən ibarət olan proqramda sahibkarlığın əsasları, uğurlu startapların nümunələri və təqdimatlar, proqramlaşdırmanın əsasları kimi təlimlərin aparıldı.
2019-cu ildən bəri Barama İSM Azərbaycan İnnovasiyalar Agentliyi tərəfindən dəstəklənir.
2019-cu ilin aprelində “Azercell Telekom” MMC və PAŞA Bankın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi “TechCentrum” platformasının təşkilatçılığı ilə “Data Science” təlimlərinə başlayıb.
2019-cu il mayın 22-də Lənkəranda Lənkəran Dövlət Universiteti nəzdində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisinin açılış mərasimi keçirilib. Mərkəzin rəhbəri İmran Bağırov yeni istifadəyə verilən mərkəzin əsas məqsədinin kənd təsərrüfatı və texnologiyanı birləşdirmək, bu sahədə ixtisaslı kadrlar, proqramçılar yetişdirmək olduğunu bildirib."Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq Lənkəranda" . AzərTac. 23.05.2019
2019-cu ilin iyulunda Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi səfər qrantları üçün qəbul elan edib. Belə ki, sentyabrın 9-dan 12-dək Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq "ITU Telecom World" sərgisində iştirak etmək istəyən seçilmiş startaplar üçün bütün xərcləri öz üzərinə götürüb."Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi səfər qrantları üçün qəbul elan edir" . Aqreqator. 9 iyul 2019
2021-ci il yanvarın 30-dan Gənc Hüquqşünaslar Şəbəkəsi Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə birgə əməkdaşlığı başlamışdır. Əməkdaşlıq çərçivəsində Baramanın "İnkubasiya 2021" proqramına qoşulan startaplara Şəbəkəmizin peşəkar hüquqşunasları tərəfindən "Data Protection", "Privacy Policy" kimi sahələrdə mentorluq dəstəyi təmin edilib."GƏNC HÜQUQŞÜNASLAR ŞƏBƏKƏSININ BARAMA İNNOVASIYA VƏ SAHIBKARLIQ MƏRKƏZI ILƏ BIRGƏ ƏMƏKDAŞLIĞI" . YLN
Barama İnkubasiya Proqramı Barama İnkubasiya proqramının hədəfi yerli startapların sahibkarlıq biliklərini və bacarıqlarını zənginləşdirmək, mentor dəstəyi vermək, uğurlu biznes alətləri və vasitələri ilə məhsulunu daha tez inkişaf etdirmək metodları haqqında məlumatlandırmaq və dünya bazarına çıxış yollarını göstərməkdir.""Barama İnkubasiya 2021" proqramı davam edir" . Xəbərlər.az İntensiv 12 həftəlik proqramda dəyər təklifi, məhsulun inkişafı, biznes modeli, habelə hüquqi və maliyyə sahələrində dəstək daxil olmaqla, müxtəlif sahələrdəki mentorlar və mütəxəssislər tərəfindən dəstəklənir.
Proqram Azərbaycan və ingilis dillərində, onlayn və oflayn keçirilir.
İstinadlar
Kateqoriya:2009-cu ildə Azərbaycanda yarananlar Kateqoriya:Biznes inkubatorları