Jorj Perro (; ) ― Fransa arxeoloqu.
1875-ci ildən Sarbonnada dərs demiş və 1888-1902-ci illərdə École Normale Supérieureun direktoru olmuşdur. 1874-cü ildə Academie des Inscriptions et Belles-Lettresə seçilmiş və 1904-cü ildən ölümünə qədər burada daimi katib vəzifəsində işləmişdirPerrot, Georges Dictionary of Art Historians.
Ən məşhur arxeoloji kəşfi 1861 və 1862-ci illərdə Kiçik Asiyaya təşkil edilmiş bir ekspedisiyada olarkən “İmperator Avqustun Siyasi vəsiyyəti” kimi tanınan sənədin yunan dilinə tərcüməsini tapmasıdır. Perrot Revue Archéologique jurnalının redaktorluğunu etmiş və bu jurnala öz töhfələrini vermişdir. Əsərlərinə Souvenirs d'un voyage en Asie mineur (1863) və Şarl Şipye (1882-1914) ilə birlikdə yazdığı on cildlik "Histoire de l'art dans l'antiquité" daxildir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Fransa arxeoloqları Kateqoriya:Fransa tərcüməçiləri