Alfredo Ceyms "Al" Paçino (; ) — italyan əsilli ABŞ aktyoru, rejissoru, ssenaristi və prodüseri. O, həm də teatr aktyoru kimi tanınır. "Qadın ətri" filmində oynadığı rola görə "Oskar" mükafatına layiq görülüb.

Həyatı Al Paçino 25 aprel 1940-cı ildə ABŞ-nin Nyu-York şəhərində anadan olub. Ona məşhurluğu Frensis Ford Koppolanın üç hissədən ibarət "Xaç atası" filmində oynadığı rol gətirib. İlk dəfə 1969-cu ildə "Mən, Natali" filmində qısa epizodik rol oynayıb. 1967–1969-cu illərdə Nyu-York polisi (N. Y. P. D) teleserialına çəkilib. Sonralar isə "Nidl Parkda təşviş" (1971) filmində gənc narkoman rolunu oynayıb. Məhz bu roluna görə Frensis Ford Kopollanın diqqətini özünə çəkib və 1972-ci ildə "Xaç atası" filmində Maykl Korleonenin rolunu canlandırıb. Bu roluna görə kino tənqidçiləri tərəfindən çox yüksək qiymətləndirilib.

1973-cü ildə o, "Serpiko", "Müqəvva" filmlərində, sonralar isə "Xaç atası 2" (1974), "İt günündə günorta" (1975), "Bobbi Derfild" (1977), "Ədalət hamı üçündür" (1979), "Qatili axtaran" (1980), "Müəllif! Müəllif!" (1982) filmlərinə çəkilib. 1983-cü ildə Al Paçino özünün əsas işlərindən saydığı Brayn De Palmanın "Çapıqlı üz" (1983) filmində "Toni Montana" rolunu oynayıb. Səksəninci illərdə Al güclü alkoqol aludəçisinə çevrilib. Nəticədə onun kino karyerasında dörd illik boşluq yaranıb. Bu illəri o teatra həsr edib.

1989-cu ildə o yenidən filmlərə çəkilməyə başlayıb. 1992-ci ildə "Qadın ətri" filmindəki roluna görə "Oskar mükafatına" layiq görülüb.

2010-cu ildə "Sən Ceki tanımırsan" televiziya filmində Dr. Cek Kevorkian rolunu canlandırıb.

Şəxsi həyatını nümayiş etdirməyi sevməyən Al Paçino, heç vaxt evli olmayıb. Lakin buna baxmayaraq, onun övladları var. Sevimli yazıçısı Anton Çexovun şərəfinə o, övladlarından birinə Anton adı verib. Al Paçinonun nənəsi və babası Siciliyadan olan Korleone nəslinə mənsubdurlar. Uşaq vaxtı Al Paçino özünü təmin etmək üçün ofisiant, kuryer, bilet yoxlayan kimi çalışıb. Onun həyatı o qədər ağır olub ki, bəzən gələcəyin ulduzu səsdinləmə studiyasına çatmaq üçün avtobus bileti almaqdan ötrü borca pul da götürürdü. 1997-ci ilin oktyabr ayında Britaniyanın "Empire" jurnalı Al Paçinonu bütün dövrlərin 100 ən böyük kino ulduzu siyahısında dördüncü yerdə qərarlaşdırıb. Aktyorluq fəaliyyətinə başlamazdan əvvəl Al Paçino italyan restoranlarından birində aşpaz işləyib. 1961-ci ildə 21 yaşındaykən Al Paçino sükan arxasında olarkən qəfildən polis tərəfindən yaxalanır. Qara maskada və əlcəklərdə olan aktyorun avtomobilindən silah tapıldığına görə onu həbs edirlər. Lakin sonradan məlum olur ki, Al Paçino hansısa filmin çəkilişindən qayıdırmış. Silah isə çəkiliş meydançasından olan rekvizit imiş. Zərərli vərdişlər ailənin yeganə övladı olan Al Paçinodan da yan keçməyib. Belə ki, o, əvvəllər alkoqol asılılığından əziyyət çəkib. 1994-cü ildə isə səsi xarab olmasın deyə siqaret çəkməkdən imtina edib. O, aktyorluq sənətinə Robert de Niro, Marlon Brando, Dastin Hofman və Merilin Monronun təhsil aldığı məktəbdə yiyələnib. Maykl Korleone rolunu əldə etməklə Al Paçino, Cek Nikolson və Uorren Bitti kimi aktyorları geridə qoyub. Kino aləminin ən yüksək məvacibli aktyorlarının ilk onluğuna daxildir. Al Paçino "Pretty Woman", "Apocalypse Now", "Star Wars" və digər bir neçə filmdə çəkilməkdən imtina edib. Kinodakı uğurlu karyerasından başqa, Al Paçino teatrda da uğurlar əldə edib. 1977-ci ildə o, teatr aləminin nüfuzlu mükafatı Toni ilə təltif edilib. Uşaq vaxtı peşəkar beysbolçu olmaq istəyən Al Paçino kino aləminə qədəm basdıqdan sonra, demək olar ki, bütün mükafatları əldə edib. BAFTA, "Qızıl Şir", "Qızıl Qlobus", "Emmi" və digərləri. 1980-ci ildə Oskara nominasiya edilsə də, Dastin Hofmana uduzub. Qəribə təsadüf nəticəsində Hofman ona, Al Paçinonun bir zamanlar imtina etdiyi "Kramer Kramerə qarşı" filmindəki yaratdığı obrazı ilə qalib gəlib.

Filmoqrafiya + Filmlər İli Azərbaycanca adı Rolu Orijinal adı 1969 Mən, Natali Toni Me, Natalie 1971 Nidl Parkda təşviş Bobbi The Panic in Needle Park 1972 Xaç atası Maykl Korleone The Godfather 1973 Serpiko Frenk Serpiko Serpico 1973 Müqəvva Toni Damato Scarecrow 1974 Xaç atası 2 Maykl Korleone The Godfather: Part II 1975 İt günündə günorta Sonni Vortzik Dog Day Afternoon 1977 Bobbi Derfild Bobbi Derfild Bobby Deerfield 1979 Ədalət hamı üçündür Artur Kirklənd …And Justice for All 1980 Qatili axtaran Stiv Borns Cruising 1982 Müəllif! Müəllif! İvan Trevelian Author! Author! 1983 Çapıqlı üz Toni Montana Scarface 1985 İnqilab Tom Dobb Revolution 1989 Sevgi dənizi Frenk Keller Sea of Love 1990 Yerli kəkəli Qrexem The Local Stigmatic 1990 Dik Treysi Big Boy Caprice Dick Tracy 1990 Xaç atası 3 Maykl Korleone The Godfather: Part III 1991 Frenki və Conni Conni Frankie and Johnny 1992 Amerikalılar Riki Roma Glengarry Glen Ross 1992 Qadın ətri Frenk Sleyd Scent of a Woman 1993 Karlitonun yolu Karlito "Çarli" Briqante Carlito’s Way 1995 Dördlük Gitano Sabatoni Two Bits 1995 Ələ keçirmə Leytenant Vinset Hanna Heat 1996 Riçardın axtarışında Riçard III Looking for Richard 1997 Donni Brasko Benjamin "Solaxay" Ruqqiero Donnie Brasco 1997 İblisin vəkili Con Milton The Devil’s Advocate 1999 Yaxın adam Lauell Berqman The Insider 1999 Hər bazar günü Toni Damato Any Given Sunday 2000 Çin qəhvəsi Qarri Levin Chinese Coffee 2002 Yuxusuzluq Uill Dormer Insomnia 2002 Simona Viktor Taranski Simone 2002 Lazım adamlar Eli Vurman People I Know 2003 Giqli Starkman Gigli 2003 Amerikada mələklər Roy Con Angels in America 2004 Venesiyalı tacir Şeylak The Merchant of Venice 2005 İkilik pul Volter Ebrams Two for the Money 2007 Ouşenin on üç dostu Uilli Benk Ocean's Thirteen 2007 88 dəqiqə Dr. Cek Qremm 88 Minutes 2008 Öldürmək hüququ Devid "Ruster" Fisk Righteous Kill 2010 Sən Ceki tanımırsan Dr. Cek Kevorkian You Don't Know Jack 2011 Təhlükəli məhəllə detektiv Stenford The Son of No One 2011 Cek və Cill öz rolunda Jack & Jill

Mükafatları "Xaç atası 2" və "İt günündə günorta" filmlərində ən yaxşı kişi roluna görə "BAFTA" mükafatı "Qadın Ətri" (1992) filmində ən yaxşı kişi roluna görə "Oskar" mükafatı Venesiya kinofestivalından "Qızıl aslan" mükafatı (1994). "Sən Ceki tanımırsan" televiziya filmindəki roluna görə "Emmi" mükafatı (2010).

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ aktyorları Kateqoriya:Ən yaxşı kişi roluna görə Oskar mükafatı qalibləri Kateqoriya:Sesil B. De Mill mükafatı laureatları Kateqoriya:Toni mükafatı laureatları Kateqoriya:BAFTA mükafatı laureatları Kateqoriya:Kennedi Mərkəzinin Fəxri Mükafatı laureatları Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:ABŞ kinoprodüserləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:ABŞ televiziya aktyorları Kateqoriya:Avtobioqrafiyalar