Angelo Schiavio (; ) — İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. Karyrerasında ancaq bir klubun, "Bolonya" klubunun şərəfini qoruyub. 1934-cü il Dünya Çempionatının qalibi olub .

Karyera Anjelo Skyavio 1922–23 mövsümündə "Bolonya"nın əsas heyətində debüt edir. Mövsüm ərzində 6 oyun keçirib 6 qol vurur. O dövrdə İtalyan liqası bir neçə fərqli regional qrupa ayrılırdı. 1925-ci ildə "Bolonya" tarixində ilk Liqa çempionluğunu qazanır. Anjelo Skyavio o mövsumdə 27 oyunda 16 qol vurur. "Bolonya" 1928/29 mövsumundə ikinci titulunu qazanır və Anjelo Skyavio 26 oyunda 30 qol vurur.

1929-cu ildə A Seriyası yaranır. Anjelo Skyavio A Seriyasındakı ilk oyununu 6 oktyabr 1929-cu ildə, komandasının 3–0 məğlub olduğu "Latsio" klubu ilə səfər oyununda oynayır. İlk qolunu isə 13 noyabrda A Seriyasında "Triestina" ilə ev matçında vurur.

1931/32 mövsümündə 25 qol vurur və ölkə çempionatının bombardiri olur.

Anjelo Skyavio üçün son mövsüm cəmi 6 oyun keçirdiyi və bir qol da vurmadığı 1938/39 mövsümü olur.

Ümumilikdə, Anjelo Skyavio "Bolonya"da 15 mövsüm oynayır və klub üçün rekord sayda — 244 qol vurur.

İtaliya millisi İtaliya milli komandasında Anjelo Skyavio 20 yaşında olarkən 1925-ci ildə debüt edib.

Ümumilikdə, Anjelo Skyavio millidə 21 görüşdə 15 qol vurub.

Maraqlı faktlar Anjelo Skyavio 1934 Dünya Kuboku finalında İtaliya millisinin qələbə qolunu vurub. Bu həm də Anjelo Skyavionun millidəki son qolu olur 1934 Dünya Kuboku da, Amerika Birləşmiş Ştatları milli komandası ilə İtaliya millisinin 7–1 hesabı qalib gəldiyi oyunda futbolçu Dünya çempionatları tarixinin yüzüncü qolunu vurur.

İstinadlar

Xarici keçidlər CNN Player haqqında məlumat ) Milli komanda statistikası ) Klub performans statistikası )

Kateqoriya:FİFA Dünya Kubokunun qalib futbolçuları Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Bolonya FK futbolçuları Kateqoriya:1934 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1928 Yay Olimpiya Oyunlarında futbolçular Kateqoriya:Olimpiya bürünc medalına sahib İtaliya idmançıları Kateqoriya:İtaliya Olimpiya milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Olimpiya medallı futbolçular Kateqoriya:1928 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:İtaliya şəxsləri Kateqoriya:İtaliya futbol məşqçiləri