İzmir marşı və ya Qazi Mustafa Kəmal Paşa Marşı — türk ordusunun Türkiyə İstiqlaliyyət müharibəsində İzmirə girişindən bəhs edən, nəhavənd məqamında yazılmış marş. Musiqisinin kimə məxsus olması müzakirəlidir. Bununla belə İstanbul Universiteti Osmanlı Dövrü Musuqisi Tətbiqi və Araşdırma Mərkəzində "Millət marşı" olaraq qeydə alınmış, bəstəsi İzzəddin Hümayi Elçioğluna (Muallim) aid olan bir variasiyası da mpvcuddur.

Sözləri İzmirin dağlarında çiçəklər açar (2x)

Altın günəş orda sırmalar saçar (2x)

Bozulmuş düşmənlər həp yel kimi qaçar (2x)

Yaşa, Mustafa Kemal paşa, yaşa

Adın yazılacaq cəvahir daşa

Yaşa, Mustafa Kemal pasa, yaşa

Adın yazılacaq cəvahir daşa

İzmir dağlarına bomba qoydular (2x)

Türkün sancağını önə qoydular (2x)

Şanlı zəfərlərlə düşməni boğdular (2x)

Qədər belə imiş, ey qərib ana

Qanım fəda olsun gözəl vətənə (2x)

İzmirin dağlarında oturdum qaldım

Şəhid olanları dəftərə yazdım (2x)

Yetim balaları bağrıma basdım (2x)

Qədər belə imiş, ey qərib ana

Qanım fəda olsun gözəl vətənə

Türk oğluyam mən ölmək istərəm (2x)

Torpaq tikan olsa, yatağım yerim (2x)

Allahında utansın dönənlər geri (2x)

Yaşa, Mustafa Kemal pasa, yaşa (2x)

Adın yazılacaq cəvahir daşa (2x)

Kateqoriya:Mahnılar Kateqoriya:Türkiyə musiqisi Kateqoriya:Türk dilində mahnılar