Qurd Mehmed Paşa (ö. 1605) — III Murad, III Mehmed və I Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.

Həyatı Doğum tarixi haqqında məlumat yoxdur. Əndərundakı təhsilini tamamlamasının ardından öncə qapıçıbaşı, sonra miraxur və 1590-cı ildə mirialəm oldu. 1595-ci ildə Misir bəylərbəyi oldu və 1596-cı ilin aprelinə qədər bu vəzifədə qaldı. 1597-ci ildə Hələb bəylərbəyi, ardından divan vəziri oldu. 1605-ci ildə İstanbulda vəfat etdi.

Mənbə

Sicill-i Osmani III, səh. 214

Kateqoriya:Misir bəylərbəyləri Kateqoriya:Osmanlı paşaları