Leonid Mixayloviç Osıka (; ) — Ukrayna kinorejissoru və ssenari müəllifi. "Ukrayna poetik kinosu" dövrünün nümayəndələrindəndir.
Ukrayna SSR əməkdar incəsənət xadimi (1988). Ukrayna xalq artisti (1998).
Həyatı Leonid Osıka Kiyevdə anadan olmuşdur. 8-ci sinfi bitirdikdən sonra Odessa Teatr Rəssamlıq Məktəbində qrimçi rəssam-portret rəssamı bölməsində təhsil almışdır.
Odessa məktəbini bitirdikdən sonra (1959) Leonid Osıka Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) daxil olmaq istəyirdi, lakin müsabiqədən keçə bilməmişdi. Bundan sonra o, Kiyevə qayıdır və Karpenko-Karıy adına Kiyev Milli Teatr, Kino, Televiziya İnstitutunda qrim üzrə müəllim kimi işləməyə başlayır.
Bir il sonra ÜDKİ-nin rejissoru Sergey Gerasimovdan məktub gəlir. Məktubda komissiyanın bütün abituriyentlərin işlərinə baxmağa vaxtı çatmadığı bildirilmişdir. Bütün işlərə baxdıqdan sonra Sergey Gerasimov Leonid Osıkanın işi ilə yaxından maraqlanmış və onu müsabiqə imtahanlarında iştirak etməyə dəvət etmişdir. Leonid Osıka Moskvaya gələrək imtahanlardan uğurla keçmiş və Sergey Gerasimovun kursuna qəbul edilmişdir.
Leonid Osika kurs işi olaraq "İkisi" adlı filmini çəkir. Burada baş rolu onun ilk həyat yoldaşı olmuş Antonina Lefti ifa edir.
1965-ci ildən Aleksandr Dovjenko adına kinostudiyada işləyirdi.
1968-ci ildə Vasili Stefanikin "Daş xaç" adlı novellası əsasında eyniadlı film çəkir.
1971-ci ildə "Zaxar Berkut" adlı filmini təqdim edir.
Rejissor ağır xəstəlikdən əziyyət çəkirdi, bu isə onun yaradıcılığına ciddi təsir edirdi. Buna baxmayaraq, o, kino sahəsindən getməmişdi.
Leonid Osıka 16 sentyabr 2001-ci ildə vəfat etmişdir. Kiyevdə Baykov məzarlığında dəfn edilmişdir.
Mükafatları 1997 — "Xaç daş", "Zaxar Berkut", "Ad günü hədiyyəsi", "Hetman kleynodaları" bədii filmlərinə görə Taras Şevçenko adına Ukrayna Milli mükafatı 2001 — Aleksandr Dovjenko adına Ukrayna Dövlət mükafatı
Xatirəsi 2004-cü ildə Leonid Osıkanın xatirəsinə Teymuraz Zoloyevin rejissoru olduğu "Mənim dostum Lyonka" adlı sənədli film təqdim edilmişdir ("Zamanın seçdiyi" adlı layihə çərvçivəsində). 2010-cu ildə rejissorun həyat yoldaşı Svetlana Knyazeva onun xatirəsinə "Bu cür həyat və belə kino: gündəliklər əsasında (1984–1994)" adlı kitabını təqdim etmişdir.
Filmoqrafiya 1965 — Dənizə daxil olan (diplom işidir) 1966 — Kim qayıtsa, sona qədər sevəcək 1968 — Daş xaç 1971 — Zaxar Berkut 1973 — Sol cinahdakı baba (həmçinin, ssenari müəllifidir) 1976 — Həyəcanlı veresen ayı 1978 — Dəniz (həmçinin, ssenari müəllifidir) 1982 — …hansını ki, hamı sevirdi (sənədli) 1985 — Yerə qədər əyil 1987 — Əziyyət çəkənlər, gəlin! 1989 — Vrubel haqqında etüdlər (S. İ. Paracanov ilə birlikdə ssenari müəllifidir) 1991 — Ad günü hədiyyəsi (həmçinin, ssenari müəllifidir) 1993 — Hetman kleynodası (həmçinin, ssenari müəllifidir)
İstinadlar
Xarici keçidlər Kinokolo. Ensiklopediya. Osıka Leonid Vətən Kinosu Ensiklopediyası
Kateqoriya:Ukrayna kinorejissorları Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:Ukrayna SSR əməkdar incəsənət xadimləri