thumb|right|Paris şəhərində yerləşən lintel qapı
Lintel — binalardakı qapı və pəncərələr kimi şaquli boşluqlara üfüqi şəkildə yerləşdirilmiş və divarın davam etməsinə imkan verən bir memarlıq blokudur. Lintellər qonşu divarlara oturacaq formasında yerləşdirilmiş daş, beton və ya ağacdan da hazırlana bilər. Dekorativ memarlıq elementi kimi də istifadə olunan lintellərə daha çox pəncərələrdə, qapılarda və kaminlərdə rast gəlinir.
Növləri thumb|Orta əsrlərə aid daş lintel nümunəsi
Lintellər hazırlandıqları materialın növünə, daşıyıcılıq xüsusiyyətlərinə və tikinti texnologiyasına görə bir neçə əsas qrupa bölünürlər:
Dəmir-beton lintel Layihəyə müvafiq olaraq tələb olunan ölçülərdə, tikinti meydançasında və ya sənaye üsulu ilə əvvəlcədən hazırlanmış qəliblərin daxilinə polad armatur yerləşdirilməsi və beton tökülməsi (monolitləşdirmə) yolu ilə əldə edilir. Yüksək mexaniki müqavimətə və yükdaşıma qabiliyyətinə malik olduqları üçün xüsusilə daşıyıcı divarlarda və geniş açıqlıqların keçilməsində üstünlük verilir.
Qazbeton lintel Divar konstruksiyalarında qapı, pəncərə və texnoloji boşluqların üst hissələrinin keçilməsində istifadə olunur. Üzərinə düşən şaquli yükləri kənar istinad nöqtələri vasitəsilə divarlara ötürür. Ənənəvi dəmir-beton lintellərlə müqayisədə qəlib quraşdırılması, armatur fəhləliyi və betonun quruma müddəti kimi prosesləri aradan qaldırdığı üçün inşaatın sürətlənməsini təmin edir, vaxta və işçi qüvvəsinə qənaət yaradır. Yüngül () strukturu sayəsində binanın ümumi çəkisini (ölü yükünü) azaldır və yüksək istilik izolyasiyası nümayiş etdirir.
Bims (pemza) lintel Hər növ divar materialı (kərpic, bims blok, beton briket) ilə birlikdə tətbiq oluna bilən bims lintellər, qaz-betonda olduğu kimi tikinti prosesində vaxta və əmək sərfinə ciddi qənaət təmin edir. Konstruksiyanın gözləmədən, sürətli şəkildə tamamlanmasına imkan yaradır. Təbii vulkanik material olan pemza əsaslı strukturuna görə əla akustik (səs) və termik (istilik) izolyasiya göstəricilərinə malikdir.
Taxta lintel Əsasən taxta-karkas strukturlu binalarda, tarixi tikililərin bərpasında və ya interyerdə dekorativ məqsədlərlə divar boşluqlarının keçilməsində istifadə olunur. Memarlıqda estetik və dekorativ məqsədlərlə tətbiq edildiyi hallarda, materialın təbii toxumasını hifz etmək üçün üzərinə suvaq vurulmur, sadəcə xüsusi qoruyucu lak və ya antiseptik məhlullarla emal edilir.
Sinklənmiş təbəqə polad lintel Sinklənmiş təbəqə polad materialın (qalvaniz sac) layihədə nəzərdə tutulmuş ölçü, kəsik profili və uzunluğa müvafiq olaraq sənaye dəzgahlarında bükülməsi və kəsilməsi ilə formalaşdırılır. Korroziyaya qarşı yüksək müqavimətə malikdir. Olduqca yüngül olmasına görə logistik daşınması və tikinti meydançasında əl ilə montajı çox asandır. İstehsalat və quraşdırma müddətini minimuma endirir.
İstinadlar
Kateqoriya:Memarlıq Kateqoriya:Memarlıq elementləri Kateqoriya:Naxışlar Kateqoriya:Qapılar Kateqoriya:Pəncərə