Jüst Fonten (; ) ― hücumçu mövqeyində oynamış Fransa futbolçusu və məşqçisi. Məhsuldarlığı ilə seçilən o, 1958 FİFA Dünya Kubokunda 6 oyuna 13 qol vurdu və bununla da bir Dünya Kuboku turnirində ən çox qol vuran oyunçu kimi tarixə düşdü. 2004-cü ildə Pele, FIFA mükafatlandırma mərasimində onu 125 Ən Böyük Yaşayan Futbolçulardan biri adlandırdı.
Futbolçu karyerası Atası fransız, anası ispan olan Jüst Fonten Mərakeş şəhərində anadan olmuşdur. Daha sonra o, Kasablankaya köçmüş və orada Lyautey liseyində təhsil almışdır. Fonten həvəskar karyerasına 1950–1953-cü illərdə oynadığı "MİB Kasablanka"da başladı. 1953-cü ildə o, "Nitsa" ilə müqavilə imzaladı və üç mövsümdə klubun heyətində 44 qol vurdu. 1956-cı ildə "Reyms"ə keçidi baş tutdu və 1959–60 mövsümündən Raymon Kopa ilə tandem qurdu. Fonten "Reyms"də keçirdiyi altı mövsüm ərzində 121 qol vurdu. Ümumilikdə, Fonten Liqa 1-də 200 matçda 165 qol vurdu və iki dəfə (1958 və 1960-cı illərdə) çempion oldu. 1958/1959 Çempionlar Kubokunun finalında "Real Madrid"lə qarşılaşan heyətin üzvü olmuşdur və 10 qolla həmin mövsümün bombardiri oldu.
Fransanın mavi formasiyla Fonten daha da görkəmli rekorda atdı. 17 dekabr 1953-cü ildəki debüt oyununda Fonten het trik etdi və Fransa Lüksemburqu 8–0 məğlub etdi. Yeddi il ərzində o, 21 oyuna 30 qol vurdu. Bununla birlikdə, o, ən çox 1958 FIFA Dünya Kubokunda çıxışı ilə yadda qaldı. O, cəmi 6 oyuna 13 qol vurmağı bacardı, onlardan dörd keçmiş çempion Qərbi Almaniyanın qapısına vurulmuşdur. Bu, eyni zamanda bir Dünya Kuboku turnirində bir oyunçunun vurduğu ən yüksək qol sayısı idi, rekord hələ də təkrar olunmayıb. Turnirin sonunda o, "Qızıl Buts"a layiq görüldü. 2018-ci ilə qədər olan məlumata əsasən, o, FIFA Dünya Kuboku tarixinin dördüncü bombaridir (Gerd Müller (14 qol), Ronaldo (15 qol) və Miroslav Kloze (16 qol) ondan öncə gəlirlər).
Fonten son matçını 1962-ci ilin iyul ayında oynadı və təkrarlanan bir zədə üzündən erkən yaşda (28 il və 11 ay) karyerasını bitirmək məcburiyyətində qaldı. 1967-ci ildə qısa müddətlik Fransa millisinin məşqçisi oldu, ancaq məğlubiyyətlə bitən iki yoldaşlıq oyunundan sonra istefaya göndərildi. Mərakeş məşqçisi postunda o, "Atlas Şirləri" ilə 1980 Afrika Millətlər Kubokunun bürünc medalını qazandı və Badu ez-Zəki, Mohammed Timumi və Əziz Buderbala kimi oyunçuları kəşf etdi. Mərakeş 1982 Dünya Kuboku seçmə mərhələsinin son mərhələsinə gəldi, ancaq Kameruna uduzdu.
Karyerasını bitirdikdən sonra Pele tərəfindən 2004-cü ilin mart ayında 125 ən böyük yaşayan futbolçulardan biri olaraq adlandırıldı. 2003-cü ilin noyabrında UEFA Yubiley Mükafatlarında Fransa Futbol Federasiyası tərəfindən son 50 ilin ən yaxşı fransız oyunçu seçildi.
Ejen N`Jo Lea ilə o, 1961-ci ildə Milli Peşəkar Futbolçular Birliyini yaratdı. Fransa komandasının Cənubi Afrikada keçirilən 2010 Dünya Kubokundakı çıxışını, xüsusən hücumçuların sönük oyununu tənqid etmişdir. Fransa Uruqvay ilə heç-heçə edərək və Meksika və Cənubi Afrikaya məğlub olaraq, qrup mərhələsində qalmışdır.
Karyera statistikası
Milli komanda Mənbə: FransaİlOyun sayısıQol sayısı1953131954 - -1955 - -19561019571019581218195947196022Cəmi2130
Milli komanda qolları Fransa millisinin vurduğu qol sayısı birinci göstərilib, "hesab" sütunu Fonten hər qol vurduqdan sonrakı hesabı göstərir . +International goals by date, venue, cap, opponent, score, result and competitionNö.TarixMəkanOyun sayıRəqibHesabNəticəYarış127 dekabr 1953Park de Prens, Paris, Fransa14–08–01954 FİFA Dünya Kuboku seçmə mərhələsi26–037–0413 mart 1958Park de Prens, Paris, Fransa41–12–2Yoldaşlıq oyunu58 iyun 1958İdrottsparken, Norrçöpinq, İsveç61–17–31958 FİFA Dünya Kuboku62–175–3811 iyun 1958Arosvallen, Vesteros, İsveç71–02–392–21015 iyun 1958Eyravallen, Örebro, İsveç82–02–11119 iyun 1958İdrottsparken, Norrçöpinq, İsveç92–04–0123–01324 iyun 1958Rosunda, Solna, İsveç101–12–51428 iyun 1958Ullevi, Göteborq, İsveç11 Qərbi Almaniya1–06–3153–1165–2176–3181 oktyabr 1958Park de Prens, Paris, Fransa122–07–11960 UEFA Avro seçmə mərhələsi196–1205 oktyabr 1958Praterştadion, Vienna, Avstriya132–12–1Yoldaşlıq oyunu219 noyabr 1958Stad Olimpik de Kolomb, Kolomb, Fransa152–22–2Yoldaşlıq oyunu2211 noyabr 1959Stad Olimpik de Kolomb, Kolomb, Fransa171–05–3Yoldaşlıq oyunu234–2245–22513 dekabr 1959Stad Olimpik de Kolomb, Kolomb, Fransa181–05–21960 UEFA Avro seçmə mərhələsi262–0274–22817 dekabr 1959Park de Prens, Paris, Fransa192–14–3Yoldaşlıq oyunu2916 mart 1960Park de Prens, Paris, Fransa204–06–0Yoldaşlıq oyunu305–0
Nailiyyətləri
Klub Reyms
Fransa Divizyonu 1: 1955–56, 1957–58, 1959–60, 1961–62 Fransa Kuboku: 1953–54, 1957–58 Fransa Superkuboku: 1958, 1960 Çempionlar Kuboku: 1958–59 finalçı
Fərdi Qızıl Ayaq: 2003, futbol əfsanəsi kimi FİFA Dünya Kuboku Qızıl Butsu: 1958 Fransa Divizyonu 1 ən yaxşı bombardiri (2): 1957–58, 1959–60 Çempionlar Kuboku ən yaxşı bombardiri: 1958–59 FİFA 100: 2004
İstinadlar
Xarici keçidlər UEFA.com – Fransanın Qızıl Oyunçusu Fransa Futbol Federasiyasının rəsmi saytında
Kateqoriya:Pye-Nuar Kateqoriya:İspanəsilli fransızlar Kateqoriya:Fransa futbolçuları Kateqoriya:Futbol hücumçuları F Kateqoriya:Reyms FK futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları F Kateqoriya:1958 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:UEFA Yubiley Mükafatı sahibləri Kateqoriya:FİFA 100 Kateqoriya:Fransa futbol məşqçiləri Kateqoriya:Fransa milli futbol komandasının məşqçiləri Kateqoriya:Pari Sen-Jermen FK məşqçiləri Kateqoriya:Tuluza FK məşqçiləri Kateqoriya:Mərakeş milli futbol komandasının məşqçiləri Kateqoriya:Fransa Liqa 2 məşqçiləri Kateqoriya:Fransa Liqa 1 məşqçiləri Kateqoriya:"Fəxri Legion" ordeni ilə təltif edilənlər Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının bombardirləri Kateqoriya:"Fəxri Legion" ordeni zabitləri