Pərviz Saday oğlu Ələkbərov (15 oktyabr 1972, Şuşa, Azərbaycan SSR) — Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədrinin müavini. Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Həyatı 15 oktyabr 1972-ci ildə Şuşada doğulub.

Təhsili 1995-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisasını bitirmişdir.

Peşə fəaliyyəti 1997-ci ildə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunmuş və hal-hazıradək vəkillik fəaliyyəti ilə məşğul olmaqdadır.

2017-ci ildən etibarən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədrinin müavinidir.

Nailiyyətləri Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 24 sentyabr 2019-cu il tarixli qərarı ilə "Azərbaycan vəkilliyinin 100 illiyi" yubiley döş nişanı ilə təltif olunmuşdur.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən "Fəxri hüquq doktoru" adına layiq görülmüşdür.

İstinadlar