MOVAG Piranya () İsveçrənin MOWAG şirkəti tərəfindən yaradılmış Zirehli döyüş maşını. 2010-cu ildən sonra, ABŞ-nin General Dynamics şirkətinə məxsusdur. Maşının 4 × 4, 6 × 6, 8 × 8 və 10 × 10 formaları var. Maşının zirehli personal daşıyıcısı, piyadaların döyüş maşını, döyüş kəşfiyyatı vasitəsi, kəşfiyyat maşını, komanda qərargah maşını, zirehli bərpa maşını və təcili yardım maşını variantları var.

MOWAG Piranya zirehli texnikası 20-dən çox ölkənin ordusuna xidmət göstərir və bir sıra xarici şirkətlər tərəfindən lisenziya ilə istehsal olunur. İstehsal olunan və sifariş siyahısına daxil edilən Piranya maşınlarının ümumi sayı 10.700-dən çoxdur.

Hazırlanması Piranya maşınları 1970-ci illərin əvvəllərində İsveçrənin MOWAG konstruksiya idarəsi tərəfindən hazırlanmışdır. Hazrılanmasında məqsəd, müxtəlif təyinatlı hərbi maşınların yaradıla biləcəyi universal şassiyə malik bir maşını yaratmaq olub. Piranya maşınları 4x4, 6x6, 8x8 və 10x10 təkər formulunda hazırlana bilir. Piranya maşın ailəsinin bütün üzvləri üzməyi bacarırlar, bunun üçün maşının gövdəsinin arxa hissəsində iki pər quraşdırılmışdır.

Maşının ilk müştərisiİsveçrə ordusu olub. İsveçrə ordusuna ilk növbədə lazım olan , artıq köhəlmiş və 106 mm-lik M40 lülələri ilə təhciz edilmiş maşınları dəyişmək idi. Bunun üçun İsveçrəlilər tank qatili tipində hərbi mşınlar və özüyeriyən TƏİR sistemləri əldə etmək istəyirdilər. Bunun üçun 400 Piranya sifariş edilir . Daha sonra ABŞ Dəniz piyadaları üçun bu maşınlardan sifariş verir. ABŞ DPK üçün maşınların təqdimatı 1980-ci ilin sonunda baş tutur. Ancaq maşınlar İsveçrə ordusundan iki il əvvəl, 1983-cü ildə ABŞ DPK-nə çatdırılır. Buna səbəb İsveçrə hökumətinin yalnız 1985-ci il dövlət büdcəsində bu vasitələri almaq üçün 500 milyon frank pul ayırması olur . Daha sonra ABŞ ordusu Piranya maşınlarının əsasında hazırlanmış LAV-25 , LAV-II , Styker və.s kimi hərbi maşınlar sifariş edir.

İstehsal Maşınlar İsveçrənin Kreuzlingen şəhərində yerləşən MOWAG Motorenfabrik AG zavodunda yığılmışdır. Maşının silahları Norveç konsorsiumu olan Thune — Eureka tərəfindən istehsal edilmişdir. Amerika LAV modifikasiyaları üçün qüllələr və toplar Merilenddəki AAI korporasiyası tərəfindən təmin edilir . İsveçrədən başqa Kanada, ABŞ, Çilidə bu maşının əsasında hazırlanmış müstəlif maşınlar istehsal olunub.

Variantlar thumb| MOWAG Piranha təcili yardım maşını thumb| LAV-25 Amerika Birləşmiş Ştatları Dəniz Qüvvələri

Piranha I AVGP LAV-25 ASLAV Piranha II Bizon Coyote Səhra Piranha LAV II Piranha III Piranha IIIC Piranha IIIH LAV III Stryker NZLAV Piranha IV Piranha V

İstifadə edən ölkələr Avistraliya Silahlı Qüvvələri — 285 ASLAV-25The Military Balance 2016, p.233 Belçika Silahlı Qüvvələri — 81 Piranha III-C, 19 Piranha III-C DF30, 18 Piranha III-C DF90 və 14 Piranha III-PCThe Military Balance 2016, p.79 Botsvana — 50 Piranha IIIThe Military Balance 2016, p.431 Brazilya Dəniz Piyadaları — 30 Piranha IIICThe Military Balance 2016, p.384 Danimarka Silahlı Qüvvələri — 111 Piranha IIIThe Military Balance 2016, p.89 Qana Silahlı Qüvvələri (4×4, 6×6, 8×8) — 50 PiranhaThe Military Balance 2016, p.448 İrlandiya Silahlı Qüvvələri — 65 Piranha III və 15 Piranha IIIHThe Military Balance 2016, p.109 İspaniya Dəniz Donanması — 34 Piranha IIIC və 1 Piranha IIIC EWThe Military Balance 2016, p.141 Kanada Silahlı Qüvvələri (6×6) — 635 LAV-III Kodiak, 194 LAV-25 Coyote, 199 LAV Bison və 4 LAV Bison NBCThe Military Balance 2016, p.35 Liberiya Silahlı Qüvvələri (4×4) — 1980-ci illərdə bilinməyən sayda alınıb. Yeni Zelandiya Silahlı Qüvvələri — 37 NZLAV, 95 NZLAV-25, 23 NZLAV, və 3 LAV-RThe Military Balance 2016, p.278 Nigeriya (6×6) — 110 AVGP və minimum 17 AVGP HuskyThe Military Balance 2016, p.461 Oman Silahlı Qüvvələri — Fərqli modifikasiyalarda 177 ədəd PiranhaThe Military Balance 2016, p.347 Qətər Silahlı Qüvvələri — 36 Piranha II 90mm və 2 PiranhaThe Military Balance 2016, p.349 Tayvan Çin Respublikası — 50 Piranha (6×6) Rumıniya Silahlı Qüvvələri — 31 Piranha IIIThe Military Balance 2016, p.132 Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri — 214 LAV-AG, 647 LAV-25, 119 LAV-A, 30 LAV-AC, 296 LAV-CC və 73 LAV-PCThe Military Balance 2016, p.353 Səudiyyə Ərəbistanı Milli Qvardiyası — 647 LAV-25 ABŞ Dəniz Piyadaları Korpusu (8×8) 252 LAV-25, 95 LAV-TOW və 45 LAV-RThe Military Balance 2016, p.44 Uruqvay Silahlı Qüvvələri — 147 PiranhaThe Military Balance 2016, p.414 Çili Silahlı Qüvvələri — 179 Cardoen Piranha (Çilinin Cardoen firması tərəfindən istehsal olunub) и 16 Piranha/TCM-20The Military Balance 2016, p.386 İsveçrə Silahlı Qüvvələri (6×6) — 346 Piranha II, 330 Piranha I/II/IIIC CP, 110 Piranha I TOW-2 və 12 Piranha IIIC CBRNThe Military Balance 2016, p.146

Texniki Parametrləri Çəki 9500 kq Uzunluq 6.25–7.45 m Genişlik 2,5 ilə 2,66 m Boy 1,8–1,98 m 100 km / s sürət

Qeydlər

Ədəbiyyat Jane’s Armour and Artillery 1985–1986. / Edited by Christopher F. Foss. — 6th ed. — London: Jane’s Information Group, 1985. — 900 p. — (Jane’s Defence Data) — ISBN 0-7106-0820-9. MOWAG GmbH-nin rəsmi səhifəsində MOWAG Piranha III ) ) MOWAG Piranha III, Army-technology.com saytında )

Kateqoriya:Hərbi texnika Kateqoriya:Təkərli zirehli döyüş maşınları