Ukraynanın Serbiya səfirliyi () — Ukraynanın Serbiyanın Belqrad şəhərində yerləşən səfirliyi.
Vəzifələri Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir.
Tarixi 1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı.
1994-cü il aprelin 15-də Ukrayna və Serbiya dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalandı. 2003-cü ildə isə Ukraynanın Serbiya səfirliyi yaradıldı.
Ukraynanın Serbiyada olan fövqəldə və səlahiyyətli səfiri Aleksandr Aleksandroviçdir. O, 2015-ci ildən bu vəzifədədir.
İstinadlar
Kateqoriya:Ukraynanın diplomatik nümayəndəlikləri