Nikanor (Nika) Melia (; ) — Gürcüstan vəkili və siyasətçisi. Vahid Milli Hərəkatın sədri. Gürcüstan parlamentinin üzvü.

Həyat və fəaliyyəti Nika Melia 21 dekabr 1979-cu il tarixində SSRİ respublikalarından olan Gürcüstan SSR-nin paytaxtı Tblisi şəhərində anadan olmuşdur.

Melia 2020-ci ilin dekabrında Qriqol Vaşadzenin istefasından sonra Vahid Milli Hərəkatın (VMH) sədri seçilmişdir.

23 fevral 2021-ci ildə xüsusi təyinatlılar və polis VHM ofisində reyd keçirərək Melianı həbs etmişdir. Reyd zamanı müxalifət üzvlərinə "mütənasib şəkildə zorakılıq" tətbiq edilmiş, VHM-nin verdiyi məlumata görə isə polis ofisdən bir neçə kompüter serverinin məlumatlarını oğurlamışdır. Bunun ardınca minlərlə etirazçı Melianın azadlığa buraxılmasını tələb edərək küçələrə axışmışdır. Reyddən sonra 2020-ci il parlament seçkilərində "Gürcü Arzusu" partiyasından namizəd olmuş Baş nazir İrakli Qaribaşvili Melianı "adi cinayətkar və terrorçu" adlandırmışdır. Avropa İttifaqının təzyiqindən sonra Melia 10 may 2021-ci il tarixində azadlığa buraxılmışdır.

İstinadlar

Xarici keçidlər

Nikanori Melia www.parliament.ge

Kateqoriya:Gürcüstan siyasətçiləri Kateqoriya:Gürcüstan parlamentinin deputatları Kateqoriya:Gürcüstan hüquqşünasları