"Livorno FK" () — İtaliya futbol klubu. 1915-ci ildə İtaliyanın eyniadlı şəhərində yaradılıb. Hal hazırda İtaliya D Seriyasında çıxış edir.

Tarixi "Livorno"nun tarixi 1915-ci ildə, "Livorno Calcio" futbol klubunun yarandığı vaxtdan başlayır. 1915-ci ildə, qurulduğu ildə "Livorno", İtaliya çempionatının ən yüksək liqasının üzvu olur.

1919/20 mövsümündə komanda Milan Liqanın final oyununda "İnter" klubuna məğlub olaraq gümüş medal qazanır.

1923-cü ildə "Livorno" finalda "Verona"ya 2:1 hesabı ilə qalib gələrək İtaliya Kubokunu qazanır.

1929-cu ildə A Seriyası qurulduqdan sonra "Livorno" İtaliyanın lider klublarından biri idi, lakin 1930-cu illərdən başlayaraq "Livorno" milli çempionatdakı mövqeyini itirməyə başladı. Komanda 1920-ci ildəki uğurlarını yalnız 1942/43 mövsümündə təkrarlamağı bacardı. "Livorno" o zaman yenilməz klub olan "Torino" klubuna məğlub oldu.

II Dünya Müharibəsindən sonra klub daha da zəiflədi və 1949-cu ildə A Seriyasını tərk etdi. Klub B Seriyasında və hətta C Seriyasında uğursuzluğa düçar oldu, lakin buna baxmayaraq, o, azarkeşlər arasında populyarlığını itirmədi.

1991-ci ildə "Livorno" peşəkar statusundan məhrum edildi və klubda yenilənmə getdi. Ancaq yeni yaradılan klubun altıncı diviziondan A Seriyasına gedən yolu keçmək üçün cəmi 13 il çəkdi, uzun fasilədən sonra elitada ilk mövsümündə 9-cu yeri tutdu və klubun uğurlarında bombardir hücumçusu Kristiano Lukarelli xüsusi əməyi oldu.

2005/06 mövsümündə komanda əvvəlki mövsümdəki uğurlarını təkrarlamağı bacardı. Üstəlik, "Yuventus", "Milan" və "Latsio" klublarının diskvalifikasiyası sayəsində "Livorno" 1/16 finala çıxdığı UEFA kubokunda oynamaq hüququ qazandı .

14 aprel 2012-ci il tarixində, B Seriyasının 35-ci turunun "Peskara" ilə səfər oyununda (0: 2), "Livorno"nun futbolçusu Pyermario Morosini həyatını itirir Morosininin xatirəsinə Livorno ona oynadığı 25 nömrəsini ömurluk toxunulmaz saxladı.

İtaliya çempionatının dvizionlarında mövsüm sayı Dvizion Mövsüm sayı Debüt Son mövsüm A 18 1919/20 2013/14 B 27 1931/32 2019/20 C 42 1952/53 2020/21 D 1 1992/93 1992/93

Tanınmış oyunçuları Marko Ameliya Luka Vidciani Françesko Koko Kristiano Lukarelli İqor Protti Vikash Doraso Tomas Danilevicius Mozart Santos Batista Junior

Azarkeşlər thumb|300x300px| Roma ilə matç zamanı Livorno azarkeşləri. Mövsüm 2006/2007 Livorno ultrasları, solçu siyasi fikirlərə bağlılığı və Latsio, İnter, Verona, Milan kimi klubların sağ yönumlu azarkeşləri ilə və " Romanın bəzi azarkeş qrupları ilə şiddətli və tez-tez qarşıdurmaları ilə tanınır. Kommunist və anarxist simvollar ev tribunasında geniş istifadə olunur, Stalin və Çe Gevaranın obrazları çox populyardır.

Xarici keçidlər Klubun rəsmi saytı ) Azarkeş saytı ) Kateqoriya:İtaliya futbol klubları Kateqoriya:A Seriyası klubları Kateqoriya:B Seriyası klubları Kateqoriya:C Seriyası klubları Kateqoriya:D Seriyası klubları Kateqoriya:Livorno FK Kateqoriya:İtaliya Birinci Divizion futbol klubları