Araz Musayev - Kinboksinq və Muay-Tay üzrə dünya üçüncüsü.Uşusanda üzrə Azərbaycan çempionu, Beynəlxalq dərəcəli və Əməkdar idman ustası,
Haqqında Musayev Araz Furqan oğlu 1977- ci il noyabrın 6-da Masallı rayonunun Lürən kəndində anadan olmuşdur. Ailəlidir.
28 may 2025-ci ildə Türkiyədə bıçaqlanıb. Vəziyyəti sabit ağır qiymətləndirilir.
Təhsili 1985-ci ildə Masallı rayonunun Lürən kəndi orta məktəb getmiş və 1995-ci ildə orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Beynəlxalq Universitetin "Hüquq fakültəsinə" qəbul olmuş, 1999-cü ildə Universiteti bitirib hərbi xidmətə getmişdir.
Əmək fəaliyyəti Hərbi xidmətdən tərxis edildikdən sonra əmək fəaliyyətinə başlamış, 2007-ci ildən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində çalışmış. FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğından icbari sığorta işinə nəzarət şöbəsində baş mütəxəssis vəzifəsində çalışır və daxili xidmət polkovnik-leytenantıdır.,
İdman fəaliyyəti 1994-cü ildən peşəkar idmanla məşğul olaraq, dəfələrlə Kinqboksinq-Muay-Tay, Tayboksinq, Uşusanda üzrə Azərbaycan çempionu olmuşdur. 1998-ci ildə ölkə çempionatlarında uğur qazanmağa başlayaraq, ilk idman nailiyyəti ölkə ikinciliyi olmuşdur. Kinboksinq və Muay-Tay üzrə dünya üçüncüsu olmuşdur. Beynəlxalq dərəcəli və Əməkdar idman ustasıdır. 2003-cü ildən Muay-Tay və Tayboksinq federasiyalarının vitse-prezidentidir. 2004-cü ildə ilk dəfə olaraq dünya çempionu olmuşdur. Dəfələrlə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müxtəlif mükafatlarla - evlə, fəxri fərmanlarla təltif edilmişdir.,,
Medalları
Xarici keçidlər
İstinadlar