Cerrald Kinq "Cerri" Qóldsmit (; ) — amerikalı bəstəkar və dirijor, 250-dən çox televiziya layihəsi və film üçün musiqi müəllifidir. Məşhur Universal Studios açılış musiqisinin müəllifi.

Həyatı Cerri Qoldsmit 10 fevral 1929-cu ildə Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) əslən Rumıniyadan olan yəhudi ailəsində anadan olub. Anası Tessa rəssam, atası Morris Qoldsmit inşaat mühəndisi idi. Altı yaşı olanda Cerri pianoda ifa etməyi öyrənir. O, Cənubi Kaliforniya Universitetində təhsil alır, burada məşhur bəstəkar Mikloş Rojanın kursunu keçir və bütün bunlar onu kino üçün musiqi bəstələməyə həvəsləndirir. Şerron Hennecinlə nikahından Coel Qoldsmit adlı oğlu olur. 18 dəfə "Oskar" mükafatına namizədliyi irəli sürülüb və "Omen" (1976) filmi üçün yazılan musiqiyə görə "Oskar" qazanıb. Həmçinin beş dəfə "Emmi" mükafatı qazanıb. Cerri Qoldsmit 21 iyul 2004-cü ildə 75 yaşında xərçəng xəstəliyi ilə uzun mübarizədən sonra vəfat edib.

Seçilmiş filmoqrafiya Filmin ili Filmin azərbaycanca adı Filmin orijinal adı1973fKəpənəkPapillon1984fQremlinlərGremlins1989fCadugərWarlock1990fHər şeyi xatırlayarkənTotal Recall1991fDüşmənlə yataqdaSleeping with the Enemy1993fZülmkar DennisDennis the Menace1994fKölgəThe Shadow1995fKonqoCongo1997fMəxfi Los-AncelesL.A. Confidential1997fPrezidentin təyyarəsiAir Force One1997fSon həddThe Edge1998fQanun XidmətçiləriU.S. Marshals1998fMulanMulan1999fMumiyaThe Mummy2000fGözəgörünməzHollow Man

İstinadlar

Xarici keçidlər

Jerry Goldsmith Online

Kateqoriya:ABŞ musiqiçiləri Kateqoriya:ABŞ bəstəkarları Kateqoriya:Ən yaxşı musiqiyə görə Oskar mükafatı laureatları Kateqoriya:Kolorektal xərçəngdən ölənlər Kateqoriya:Columbia Records artistləri Kateqoriya:ABŞ film bəstəkarları