Medison skver () — Manhettenin Fletayron rayonunda ictimai park. Park Beşinci prospekt, Brodvey, Şərqi 23-cü küçə, Medison prospekti və 26-cı küçə ilə sərhədlənib.

1686-cı ildə Nyu-York Qubernatoru Tomas Donqan, parkın indi yerləşdiyi ərazilərin çoxunun bələdiyyə mülkiyyətinə verildiyi şəhər nizamnaməsini təsdiqlədi. 1794-cü ildə bu sahədə yoxsullar üçün qəbiristanlıq quruldu. Üç il sonra o, indiki Vaşinqton Skver Parka köçürüldü. XIX əsrin əvvəllərində parkın indi əhatə etdiyi ərazi 97 hektarlıq sahəyə daxil edildi, orada hərbi baraklar, arsenal və kasıblar üçün bir qəbiristanlıq yerləşirdi. 1814-cü ildə bu əraziyə ABŞ-nin dördüncü prezidenti Ceyms Medisonun adı verildi və 36 hektara qədər azaldıldı.

meydanın ətrafında tikilmiş malikanələrdə ABŞ-nin 26-cı prezidenti Teodor Ruzvelt, yazıçı Edit Varton və Vinston Çörçillin anası Cenni Çörçill kimi tanınmış şəxslər doğulmuşdular. 1857-ci ildə meydanın qərb hissəsində Meksika-ABŞ müharibəsində iştirak edən general Vilyam Uortun məzarı üzərində obelisk qoyuldu. İki il sonra skverin qarşısında, 1908-ci ildə sökülən nüfuzlu Beşinci Prospekt hoteli açıldı. 1870-ci ildə şəhər parkları və istirahət yerləri departamentinin təsis edilməsi ilə meydan əhəmiyyətli dərəcədə əsilləşdirilmişdir. Beləliklə, burada Vilyam Sivard, Roskou Konklinq, Çester Artur kimi siyasətçilər və admiral Devid Farraqutun heykəlləri ucaldıldı. İşlər İqnaz Pilatın rəhbərliyi altında aparılmışdır. 1876-cı ildə Medison skverdə ABŞ Konstitusiyasının imzalanmasının yüz illiyi qeyd edildi, 1889-cu ildə isə Corc Vaşinqtonun inaqurasiyasının yüz illiyi.

Meydanın şimal-şərqindəki Medison prospekti ilə 26-cı prospektin kəsişməsində müxtəlif vaxtlarda dəmir yolu deposu, cıdır meydanı, eləcə də Medison Skver Qardenin 1879 və 1890-cı illərdə tikilmiş ilk iki binası var idi.

20-ci əsrin əvvəllərində skverə bitişik rayonlarda sığorta şirkətləri və oyuncaqlar və farfor istehsal edən şirkətlər peydə oldu. Belə ki, 1928-ci ildə Medison prospekti 51 ünvanında Nyu-York Layf Bildinq inşa edildi, hansı ki bu günə qədər New York Life Insurance Company-nin baş ofisi. Fasadı skveri görən digər diqqətəlayiq bina 1902-ci ildə inşa edilmiş Fletayron binasıdır.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:23-cü küçə (Manhetten) Kateqoriya:Brodvey (Manhetten) Kateqoriya:Beşinci prospekt (Manhetten) Kateqoriya:Fletayron rayonu Kateqoriya:Manhetten parkları Kateqoriya:İctimai şəhər parkları