Kadıqışlaq — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd.

Tarixi Kənd 1901-ci ildən bəri eyni adı daşıyır. 1919-cu ilin avqustunda ermeni daşnaq qüvvələrinin basqınına uğrayır. O zamanlar kişiləri öldürülən, qadınlarının namusuna toxunulan İğdırın 21 kəndindən biridir. 1920-ci ilin 11 noyabrdan 12-sinə keçən gecə 11-ci briqada komandanlığı ermənilərə qarşı hücuma keçmiş və elə həmin günün səhər saatlarında İğdır bələdiyyə binasına Türkiyə bayrağı sancılmışdır. Bu olaylardan sonra 14 noyabr 1920-ci il tarixində 15-ci korpus komandanı Kazım Qarabəkir Paşanın başçılığı altında Türkiyə ordusu erməniləri Araz çayının qüzeyinə qovmuşdurÇetinkaya, Nihat (1996). Iğdır Tarihi (Tarih, Yer Adları Ve Bazı Oymaklar Üzerine). İstanbul: Türk Dünyası Araştırmaları Vakfı. s. 116.. 3 dekabr 1920-ci ildə imzalanan Gümrü müqaviləsi ilə İğdır və ətrafı Türkiyə torpağı olması təsdiqlənmişdirSürmeli, sf. 75.

Coğrafiyası İğdırdan 12 km uzaqlıqdadır.

Əhalisi 1886-cı il məlumatına görə kənddə 608 nəfər azərbaycan türkü yaşayırdı. İllərə görə kənd əhalisi 2019 397 2018 376 2017 367 2016 379 2015 381 2014 381 2013 381 2012 401 2011 400 2010 388 2009 399 2008 388 2007 428 2000 429 1990 459 1985 449 1980 470 1975 491 1970 481 1965 504 1960 388 1955 361 1950 363 1945 291 1940 357 1935 313 1886 608

İstinadlar

Mənbə Yerelnet

Kateqoriya:İğdır ilçəsinin bəldə və kəndləri