Nikolas Bodo (; ) - Fransanın Ambuaz şəhərində doğulmuş, katolik keşiş, teoloq və iqtisadçı.
Həyatı Bodo Şanselad monastırında keşiş oldu və burada teologiyanı tədris etdi.
O, 1765-ci ildə Fransada ilk dəfə iqtisadiyyatla bağlı dövri nəşr olan Éphémérides du citoyen-i təsis etdi və ilk başda fiziokratlara müxalif oldu. Ancaq, Bodo 1766-cı ildə nüfuzlu fiziokrata çevrildi.
Fransız sözü "économiste" ilk dəfə yazılı şəkildə Bodonun kitabında əks olunmuşdu. Təşəbbüskarlıq konsepsiyasının ilk istifadəsi də Bodoya ithaf edilə bilər.
Bodonun nüfuzlu əsərlərindən biri olan Idées d'un citoyen sur l'administration des finances du Roi 1764-cü ildə Kleman Çarlz Fransua di Liverdi tərəfindən qurulan, məqsədi avara və dilənçilərlə bağlı yeni qanunların hazırlanması və sədəqələrin mərkəzi bölüşdürülməsi olan komisiyanın tənqidi idi. Bodoya görə, kasıblara verilən sədəqələrə hökumətin müdaxiləsi yoxsulluğu aradan qaldırmaq üçün olan qanunların həyata keçirilməsindən daha vacib bir hədəf idi.
Bodo 1768-ci ildə fiziokratik ideyaları Polşaya gətirməsi üçün Vilnus yepiskopu İqnasi Yaqub Massalski tərəfindən işə götürüldü. Onun buradakı işinin əsas istiqaməti Polşa taxılının Fransaya ixrac edilməsinə şərait yaratmaq idi.
Bodo 1792-ci ildə Parisdə vəfat etdi.
İstinadlar
Xarici keçidlər Baudeau's Works from the French Wikisource
Kateqoriya:Fransa iqtisadçıları Kateqoriya:Fransa jurnalistləri