Dmitri Dmitriyeviç Vasilyev (; ) — görkəmli rus türkoloqu və şərqşünası, tarix elmləri namizədi, Rusiya İctimai Elmlər Universitetinin professoru, Rusiya EA Şərqşünaslar Cəmiyyətinin vitse-prezidenti, Rusiya EA-nın müxbir üzvü, Tıva Respublikasının Əməkdar Elm xadimi, Atatürk Dil -Tarix Qurumunun fəxri üzvü
Bioqrafiya Dmitri Dmitriyeviç Vasilyev 11 oktyabr 1946-cı ildə anadan olmuşdur. M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Şərq dilləri fakültəsini bitirmişdir.
1983-cü ildə "Asiya bölgəsinin türk runik yazısı abidələrinin paleoqrafik sistemləşdirilməsi" ("Палеографическая систематизация памятников тюркской рунической письменности азиатского ареала") mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi adını almışdır.
O, uzun müddət Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda Şərq tarixi bölümünün başqanı kimi fəaliyyət göstərmişdir.
1995-ci ildə YUNESKO Beynəlxalq İnstitutu Elmi Şurasının Orta Asiyanın öyrənilməsi üzrə həmsədri seçilmişdir.
1996-cı ildə Rusiya-Türkiyə Tarixçiləri Komissiyasının məsul katibi seçilmişdir.
O, həmçinin Rusiya İctimai Elmlər Universitetində professoru kimi fəaliyyət göstərmiş, burada Rus-Türk Təhsil və Araşdırma Mərkəzinin müdiri olmuşdur.
Dmitri Vasilyev 18 yanvar 2021-ci ildə Moskvada koronavirus xəstəliyindən vəfat etmişdir.
Yaradıcılığı Dmitri Vasilyev türkoloq və Orta Asiyanın köçəri türk xalqlarının tarixinin öyrənilməsində görkəmli mütəxəssis kimi tanınmışdır.
Tarixçi-türkoloq kimi fəaliyyət göstərən Dmitri Vasilyev Türk runik abidələrinin paleoqrafik sistemləşdirilməsi sahəsində apardığı sistemli araşdırmalarla diqqəti çəkir. Onun tədqiqatlarında həmçinin Rusiyanın arxiv və kitabxanalarında Osmanlı tarixinə dair bəlgələrin araşdırılması önəmli yer tutur.
Bütövlükdə müəllifin araşdırmalarının ümumi sayı 150-dən artıqdır.
Alimin çoxsaylı elmi araşdırmaları dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilmişdir.
O, Rusiyada və digər ölkələrdə yayınlanan bir çox elmi dərgilərin redaksiya heyətinin üzvü seçilmişdir.
Təltifləri İstanbul Universitetinin "Türkolojiyə yüksək xidmətlərinə görə" Uluslararası Ödülü – 1988 Monqolustan Elmlər Akademiyasının Xubilay Xan medalı – 1988 Şamil Fondunun Fəxri Nişanı – 2000 Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü – 2002 İmperator Pravoslav Fələstin Cəmiyyətinin həqiqi üzvü– 2003 IOPS Bürünc Nişanı — 2005 Qazaxıstanın Xoca Əhməd Yasəvi adına Türküstan Universitetin fəsxri professoru – 2004 Kazan şəhərinin 1000 illiyi medalı −2005 Tuva Respublikasının Əməkdar Elm Xadimi – 2008 "Qazaxıstan Respublikasının Elminin inkişafında xidmətlərinə görə" medalı – 2009 Türkiyənin Uşak Dövlət Universitetinin Fəxri Doktoru – 2011 Rusiya Şərqşünaslar Cəmiyyətinin Fəxri üzvü – 2012 Rusiya Elmlər Akademiyasının Qızıl medalı – 2016 Avrasiyada türkşünaslığın və elmi əlaqələrin inkişafındakı dəyərli töhfəsinə görə Beynəlxalq Türk Akademiyasının Qızıl medalı – 2016 Rusiya Elmlər Akademiyasının Prezidentinin Fəxri Fərmanı– 2018 "Valeh Hacılar" Türk Vəqfinin "Türk xalqları dünyasının mədəniyyəti, tarixi, dili və ədəbiyyatı sahəsindəki xidmətlərinə görə" mükafatı – 2018 Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasındakı dostluq və mədəni əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfəyə görə Rusiyadakı Türk Sahibkarlar Birliyinin Nazim Hikmət adına Beynəlxalq Dostluq Ödülü – 2019
Kitabları "Графический фонд памятников тюркской рунической письменности азиатского ареала" (М., 1983); "Корпус тюркских рунических памятников бассейна Енисея" (Л., 1983); "Православные святыни Балкан" (Спб., 2004. в соавт.). "Древний и средневековый Восток": Учебных пособий (М., 1983; М., 1984. в соавт.), Ответственный редактор "Orhun", Ankara: TİKA, 1996 "Шамиль. Иллюстрированная энциклопедия" (М., 1997), Один из составителей издания "История Востока: в 6 томах" (т. 1–5 — М., 1997–2005). Член редколлегии издания
Ədəbiyyat Basileus. Сборник статей, посвящённый 60-летию Д. Д. Васильева. Москва, 2007.
İstinadlar
Kateqoriya:COVID-19 pandemiyasından vəfat edənlər Kateqoriya:Vaqankovo qəbiristanlığında dəfn olunanlar Kateqoriya:SSRİ türkoloqları Kateqoriya:Tarix elmləri namizədləri Kateqoriya:REA Şərqşünaslıq İnstitutunun alimləri