Markos İmas Alonso, Markitos ləqəbi ilə də tanınır (; ) — müdafiəçi mövqeyində oynamış İspaniya oyunçusu.

O, daha çox "Real Madrid"in beş Çempionlar Kubokunu udan heyətindəki çıxışı ilə tanınır.

Klub karyerası Markitos Kantabriya bölgəsinin Santander şəhərində anadan olmuşdur. Karyerası boyunca o, yerli Rasinq Santander, Real Madrid, Erkules, Real Mursiya, Kalvo Sotelo və Toluko Santander klublarında çıxış etmişdir. Merinqlər ilə o, 6 La Liqa və 5 Çempionlar Kubokunu qazanmışdır; sonuncunun 1955/1956 mövsümündə o, "Reyms" klubunun qapısına nadir qollarından birini vurmaqla hesabı 3–3 bərabərləşdirdi, oyun isə 4–3 hesablı qələbə ilə bitdi.

Milli komanda karyerası 1955-ci ildən 1960-cı ilə qədər İspaniya milli futbol komandasının heyətində 2 yoldaşlıq oyununda iştirak etmişdir.

Şəxsi həyatı və vəfatı Markitosun oğlu Markos Alonso Penya da futbolçu və məşqçi olmuşdur. Onun karyerası ərzində çıxış etdiyi klublar arasında "Barselona" və "Atletiko Madrid" var, o, həmçinin İspaniya millisinin üzvü olmuşdur. Markitosun nəvəsi Markos Alonso Mendosa da Real Madrid və İspaniyanın heyətlərində oynamışdır, bundan başqa o, xüsusən "Bolton Uonderers" və "Çelsi"nin şərəfini qoruyaraq İngiltərədə uzun müddət keçirir. Markitos 79 yaşına çatmazdan bir ay əvvəl, 6 mart 2012-ci ildə doğma şəhəri Santanderdə vəfat etdi.

Nailiyyətləri Real Madrid

La Liqa: 1954–55, 1956–57, 1957–58, 1960–61, 1961–62 Kopa del Generalísimo: 1961–62 Latın Kuboku: 1955, 1957 Çempionlar Kuboku: 1955–56, 1956–57, 1957–58, 1958–59, 1959–60 Qitələrarası kubok: 1960

İstinadlar

Xarici keçidlər

Markitos BDFutbol saytında Real Madrid bioqrafiyası Markitos National-Football-Teams.com saytında

Kateqoriya:İspaniya futbolçuları Kateqoriya:Kantabriya futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Sequnda Divizionu futbolçuları Kateqoriya:Rasinq Santander FK futbolçuları Kateqoriya:Real Madrid FK futbolçuları Kateqoriya:Erkules FK futbolçuları Kateqoriya:Real Mursiya FK futbolçuları Kateqoriya:Puertoyano FK futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:İspaniya milli futbol komandasının oyunçuları Kateqoriya:İspaniyanın kişi futbolçuları Kateqoriya:Tersera divizionunun futbolçuları Kateqoriya:İspaniya B milli futbol komandasının oyunçuları