Anar Təvəkkül oğlu Kərimov — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru. Azərbaycan Milli Ordusu tarixindəki ilk Mühəndis Qoşunları Generalı. Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin Rəisi.
Haqqında Hərbi təhsilini 1985–1988-ci illərdə Cəmşid Naxçıvanski adina Hərbi Liseydə başlamış, 1988–1992-ci illərdə Ukraynada Ali Hərbi Məktəbdə təhsil almışdır. 2002-ci ildə Türkiyə Silahlı Qüvvələri Akademiyasını bitirmişdir. Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Almaniya və Türkiyədə müxtəlif qərargah və planlama kurslarında və təlimlərdə iştirak etmişdir. 2007-ci ildə ABŞ-də Antiterror Əməliyyatları kursunu bitirmişdir. 2014-cü ildə Dövlət Müdafiəsini İdarə etmə akademik kurslarını bitirmişdir.
Anar Təvəkkül oğlu Kərimov 1992-ci ildən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin birlik və birləşmələrində Mühəndis Xidməti rəsi, Silahlı Qüvvələrin Hərbi Akademiyasının "Mühəndis istehkam" kafedrasının rəisi vəzifəsində çalışıb. 2014-cü ildən Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisidir. Qarabağ Müharibəsi və Silahlı Qüvvələr veteranıdır. Birinci Qarabağ müharibəsi və 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində iştirak edib. Müharibədə göstərdiyi şücaətə görə "general-mayor" rütbəsi alıb. 9 dekabr 2020-ci ildə "Zəfər" ordeni, 24 dekabr "Cəbrayılın azad olunmasına görə" medalı, 25 dekabrda isə "Xocavəndin azad olunmasına görə" medalı və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Təltifləri 50px (26 iyun 2001) — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı 50px (26 iyun 2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı 50px (26 iyun 2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı (25 iyun 2014) — "Hərbi xidmətlərə görə" medalı 50px (24 iyun 2016) — "İgidliyə görə" medalı 50px (25 iyun 2018) — "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordeni 50px (26 iyun 2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı 50px (9 dekabr 2020) — "Zəfər" ordeni. 50px (24 dekabr 2020) — "Cəbrayılın azad olunmasına görə" medalı 50px (25 dekabr 2020) — "Füzulinin azad olunmasına görə" medalı 50px (25 dekabr 2020) — "Xocavəndin azad olunmasına görə" medalı 50px "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı 50px "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı 50px "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı 50px "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı "Hərbi Xidmətdə Fərlənməyə görə " — 1-ci, 2-ci və 3-cü dərəcəli medalları
İstinadlar
Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan tərəfindən İkinci Qarabağ müharibəsi iştirakçıları