Qəzənfər Kərim oğlu Bağırlı — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.

Haqqında Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Bağırlıya "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.

Təltifləri 50px (09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı 50px (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı 50px (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı 50px (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı 50px (02.02.2024) — "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı İstinadlar

Kateqoriya:Azərbaycan tərəfindən İkinci Qarabağ müharibəsi iştirakçıları