Təzəkənd — Azərbaycan Respublikasının Ağdam rayonunun Nəmirli kənd inzibati ərazi dairəsində kənd.

Bu kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Ağdam rayonunun Əhmədağalı bələdiyyəsinin ərazisinə aid edilib.

Tarixi Kənd Ağdamın Şuraabad kənd əhalisinin bir hissəsinin 1930-cu ildə bu ərzziyə köçürülməsi nəticəsində yaranmışdır. Bu səbəbdən adı "təzə kənd" sözlərindən yaranmışdır.

1961–1977-ci illlərdə Təzəkənd Ağdam rayonunun Nəmirli kənd Sovetliyinin tərkibində olub .

Birinci Qarabağ müharibəsi nəticəsində Nəmirli Sovetliyinin bir tək Təzəkənd kəndi Azərbaycan nəzarətində qalmış, digər kəndləri isə işğal eidlmişdi.

Azərbaycan Respublikasının 29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunu ilə Təzəkənd kəndinin ərazisini əhatə edən Ağdam rayonunun Təzəkənd bələdiyyəsi təşkil edilib. Sonradan onun ərazisinə Təzəkənd, Birinci Dördyol və İkinci Dördyol qəsəbələri aid edilib.

Bu Bələdiyyənin Nizamnaməsi 2005-ci il 01 fevral tarixli 02 nömrəli Protokolunda təsbit eidlmiş Qırarla qəbul edilib və Ağdam rayonunun Əhmədağalı bələdiyyəsinin 10 aprel 2025-ci il tarixli 04 nömrəli Protokolunda təsbit edilmiş Qərarla ləğv edilib.

Bu Bələdiyyə 2004-cü ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə uyğun olaraq yaradılmış "Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurası"nın üzvülüyünə qəbul edilib.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, bu Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olub.

18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanuna əsasən Ağdam rayonunun Təzəkənd bələdiyyəsinin əraziləri Ağdam rayonunun Əhmədağalı bələdiyyəsinə birləşdirilərək, Təzəkənd bələdiyyəsinin fəaliyyətinə xitam verilib.

İstinadlar

Kateqoriya:Ağdam rayonunun kəndləri