Metropolitan Life Tower (Metropoliten Layf Tauer kimi oxunur; və ya Metropolitan Life Tower və ya MetLife Tower) — Nyu-York şəhərində yerləşən göydələn, 1909-cu ildən 1913-cü ilə qədər şəhərin ən uca binası idi. 6 fevral 1978-ci ildə tikili ABŞ-nin tarixi yerlər reyestrinə əlavə olundu. Hündürlüyü 213 metrə bərabərdir və 50 mərtəbəyə malikdir. 1913-cü ildə Nyu-Yorkda 46 metrlik Vulvort Bildinq tikildi ki, bu da öz növbəsində hündürlüyə görə MetLife Tower-i 33 metr üstələdi. Metropolitan Life Tower üzərində 8 diametrlik 4 saat siferblatı yerləşdirilib, rəqəmlərin hündürlük ölçüsü 1,2 metrə bərabərdir. Dəqiqə əqrəbi 500 kq ağırlığındadır. 2002-ci ildə binaya mövsümə və əlamətdar hadisələrə görə işıqlandıran çıraqbanlıq sistemi inteqrasiya edildi.
Müasir dövrdə 2005-ci ilin mart ayında SL Green Realty Corp, qülləni yaşayış yerlərinə çevirmək niyyəti ilə satın aldı. 2007-ci ilin may ayında qüllə və ona aid hüquqlar 200 milyon dollara Africa Israel Investments şirkətinə satıldı. 2011-ci ildə Tommi Hilfiger və ortaqları binanı lüks mənzillərə sahib ilk "Hilfiger" otelinə çevirməyi planlaşdıraraq 170 milyon dollara almaq üçün müqavilə imzaladılar. Lakin "Hilfiger" 2011-ci ilin sentyabrında layihədən imtina etdi.
İstinadlar
Kateqoriya:23-cü küçə (Manhetten) Kateqoriya:Fletayron rayonu Kateqoriya:Manhetten göydələnləri Kateqoriya:Dünyanın keçmiş ən hündür binaları