Aydabolları və ya Aydabolovlar — balkar əsilzadə soyu.

Haqqında Aydabolları bəzi balkar soyları kimi əfsanəvi Basiatın nəslindən gəlirlər. Basiat Aydabollarından başqa həm də Abayevlər, Əmirxanovlar, Bəyovlar, Botaşevlər, Canxotovlar, Kuçukovlar, və Şahanovlar nəsillərinin də əcdadı sayılır. Rəvayətlərə əsasən Qafqazda yerləşən Macar şəhərindən gəlmə Basiatın nəslindəndirlər. Rəvayətə əsasən Basiat Şimali Qafqaza öz qardaşı Badinatla birlikdə gəlir və burada balkar əsilzadə soyunun əsasını qoyur. Badinat isə Diqoriyaya gedərək burada Badeliatlar bəy soyunun əcdadı olur.

Çerek dərəsinin bir hissəsi, Kospartı, Temirxanovsk və Kaşxatau kəndləri bu nəslin mülkü sayılırdı.

Tanınmış nümayəndələri Aznor Aydabolov - Balkar icmasının ağsaqqalı

Həmçinin bax Abayları Malkarukları Urusbiyevlər

İstinadlar

Kateqoriya:Qaraçay-balkar soyları