Zaur Hikmət oğlu Quliyev — Azərbaycan Silahlı Qüvvələrinin 1-ci dərəcəli kapitanı, İkinci Qarabağ müharibəsinin komandanlarından biri, Vətən Müharibəsi Qəhrəmanı.
Hərbi xidməti 26 oktyabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik edib, onlara Vətən uğrunda gedən döyüşlərdə yeni uğurlar arzulayıb, tapşırıb ki, onun təbriklərini və təşəkkürlərini bütün şəxsi heyətə çatdırsınlar.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Quliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Təltifləri
(2 fevral 2024) — "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
50px (09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı 50px (26 iyun 2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı 50px (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı 50px (29 dekabr 2020) — "Qubadlının azad olunmasına görə" medalı 50px (24 iyun 2021) — "Xocavəndin azad olunmasına görə" medalı 50px (24 dekabr 2020) — "Cəbrayılın azad olunmasına görə" medalı
İstinadlar
Kateqoriya:Azərbaycanın hərbi dənizçiləri