Öskemen (, ) - Qazaxıstanda şəhər. Şərqi Qazaxıstan vilayətinin mərkəzi. Ölkənin şərqində ən böyük yaşayış məntəqəsi.
Tarixi Öskemen şəhəri nisbətən gəncdir. Şəhərin yerləşdiyi ərazidə vaxtilə qıpçaq və nayman tayfaları yaşayırdılar. Bu tayfalar XV əsrdə Qazax xanlığının hakimiyyəti altına girmişlər. XVIII əsrdə cunqarlarla baş verən müharibə nəticəsində xanlıq bu torpaqları itirmişdir.
Öskemenin qurulma tarixi 30 avqust 1720-ci il hesab edilirEncyclopædia Britannica on-line. Beləki bu zaman Rusiya imperiyası İrtış çayı yaxınlığında Ust-Kamenoqorsk qalasını saldırmışdır. Elə həmin illərdən qala ətrafına köç başlayır. Gəlmələr arasında Sibir kazakları üstünlük təşkil edirdilər. 1762-ci ildə Polşaya qaçmış "Köhnə inananlar" təriqətinin üzvlərinin yenidən ölkəyə qayıtmalarına və yeni salınan qalanın ətrafında yaşamağa icazə verilir. 1868-ci ildə Ust-Kamenoqorsk şəhər statusu aldı.
İmperiyanın süqutundan sonra Ust-Kamenoqorskda kommunistlərin əlinə keçir. Onlar şəhərdə iki sovet yaradırlar. Bir qrum eser və menşeviklərdən, digəri isə bolşeviklərdən ibarət idi. Ancaq birinci sovet hökumətinin ömrü qısa olur. 10 iyun 1918-ci ildə rus kazak dəstələri şəhəri ələ keçirirlər. Sovet hakimiyyəti ikinci dəfə 10 dekabr 1919-cu ildə Qızıl ordunun sayəsində qurulur.
26 avqust 1920-ci ildə RSFSR tərkibində Qırğızıstan Muxtar Sovet Sosialist Respublikası yaradılır. Ust-Komenoqorsk da bu bölgənin tərkibinə qatılır. 1939-cı ildə şəhər Şərqi Qazaxıstan vilayətinin mərkəzinə çevrilir.
Müasir dövrdə Qazaxıstanda şəhər rəsmi olaraq Öskemen adlandırılır. Bu ad əsasən qazaxlar tərəfindən istifadə edilir. Şəhərdə yaşayan ruslar isə əvvəlki kimi Ust-Kamenoqorsk adını işlədirlər.
Coğrafiyası Öskemen paytaxt Astanadan 947 km qərbdə, Ulba çayının İrtışa töküldüyü ərazidə yerləşir. Şəhər kəskin kontinental iqlimə malikdir. Maksimum temperaturun ən böyük göstəriciləri iyulda +43°, yanvarda +8°, minumum temperaturun ən kiçik göstəriciləri isə yanvarda -49°, iyulda isə +4° olmuşdur.
Əhalisi Etnik quruluşu
2020-ci ilin qeydiyyatına əsasən şəhər əhalisi 346127 nəfərdir. Bu göstərici ilə Öskemen Qazaxıstanın ən böyük 8-ci şəhəridir. Tarixən şəhər əhalisinin payında ruslar üstünlük təşkil etmişdir. Son zamanlar qazaxların sayı artır.
<center>Milli tərkib (2020)<center> Millət Əhalinin sayı(nəfərlə) Əhalinin faizlə göstəricisi<center>ruslar<center> <center>176 606<center> <center>51,02 %<center><center>qazaxlar<center> <center>158 057<center> <center>45,66 %<center><center>almanlar<center> <center>2557<center> <center>0,74 %<center> <center>tatarlar<center> <center> 2539<center> <center> 0,73 %<center> <center>ukraynalılar<center> <center>1399<center> <center>0,40 %<center> <center>azərbaycanlılar<center> <center>881<center> <center>0,25 %<center> <center>çeçenlər<center> <center>612<center> <center> 0,18 %<center> <center>koreyalılar<center> <center>601<center> <center>0,17 %<center><center>özbəklər<center> <center>418<center> <center>0,12 %<center> <center>belaruslar<center> <center>354<center> <center>0,10 %<center> <center>ermənilər<center> <center>312<center> <center>0,09 %<center> <center>qırğızlar<center> <center>167<center> <center>0,05 %<center> <center>uyğurlar<center> <center>156<center> <center> 0,05 %<center> <center>digərləri<center> <center>1468<center> <center>0,42 %<center> <center>Ümumi<center> <center>346 127<center> <center>100,00 %<center>
Din Öskemen əhalisinin əksəriyyəti islam dininə mənsubdur (70%). Şəhərdə 5 məscid fəaliyyət göstərir. İkinci böyük icma isə xristianlardır. Xristianların provaskav, protesnat və katolik kilsələri mövcuddur. Kilsələrin ümumi sayı isə 21-dir. Həmçnin şəhərdə azsaylı yəhudilər üçün sinaqoq tikilmişdir.
İqtisadiyyatı Qazaxıstanın şərq rayonları faydalı qazıntıları ilə zəngindir. Hələ orta əsrlərdən bu ərazilərdə dəmir filizi, qızıl, mis, qurğuşun, sink, kobalt və s. digər metalların yataqları olması məlumdur. Öskemen şəhəri ölkənin əlvan metalurgiya mərkəzi hesab edilir.. İkinci dünya müharibəsindən sonra burda qurğuşun-sink kombinatı və Ulba metelurgiya zavodu istifadəyə verilir. Bu müəssisələr indi də fəaliyyət göstərir.
1952 və 1960-cı ildə Öskemen SES və Buxtarma SES-ləri işə salınmışdır. Şəhər həm də Şərqi Qazaxıstanın əsas energetika mərkəzi adını qazanmışdır. Maşınqayırma sənayesi XX əsrin 50-ci illərindən inkişaf edir. 1958-ci ildə tikilən "Vostokmaşzavod" ilk belə zavoddur. 2003-cü ildə Qazaxıstanda ən böyük avtomobil yığılması üzrə "Asiya-Avto" zavodu inşa edilmişdir.
Ekologiyası Sənayenin inkişaf etdiyi şəhər çirklənməyə məruz qalmışdır. Əsasəndə metalurgiya müəssisələri ətrafa zərərli tulantılar buraxırlar. Bunlara azot dioksidi, fenol, benzol, hidroksid natriya, sink, xlor və s. digər maddələri aid etmək olar. Öskemenin Qazaxıstanda tənəffüs və immunitet sistemi xəstələrinin sayına görə liderdir. Qazaxıstanın ən çirkli çayları Şərqi Qazaxıstan vilayəti ərazisindən keçən çaylardır. Su hövzələrini sənaye və şəhər tullantıları ilə çirklənir. Zavod və fabriklərin ətrafındakı torpaqlar tullatılardan əkin yararsız hala gəlmişdir. Sənaye inkişaf etdikcə çirklənən sahələr də artır.
Nəqliyyat Şəhərdə iki avtovağzal işləyir. Bu avtovağzallardan həm ölkənin digər bölgələrinə, həm də xarixi ölkələrə səfərlər həyata keçirilir. Şəhər daxilində həmçinin tramvay fəaliyyət göstərir. Ancaq onun sərnişin daşınmasında payı azdır. Bununla yanaşı 4 dəmiryol stansiyası tikilmişdir. Öskemen Beynəlxalq Hava Limanı 1998-ci ildən fəaliyyətdədir. Hava limanı 2018-ci ildə 393034 sərnişinə xidmət göstərmiş və 662 ton yük daşımışdır.
Mədəniyyət <center>Şərqi Qazaxıstan dram teatrı<center>|thumb|right|220px
Öskemendə Şərqi Qazaxıstan vilayətinin dram teatrı,flarmoniyası, 3 mədəniyyət və idman sarayı, 3 muzey, 5 kitabxana və 3 kinoteatr fəaliyyət göstərir.
Şəhərdə ən məşhur idman növü buzüstü hokkeydir. 1955-ci ildə yaradılmış "Torpeda" klubu Öskemeni SSRİ məkanında təmsil edirdi. Klub bu idman növündə flaqman ünvanını indidə saxlayır.
Qazaxıstanın "Altay" və "Atameken" telekanalları qərargahı Öskemendə yerləşir. Bundan başqa şəhər 9 radio və 10-dan artıq qəzetə malikdir.
Qardaşlaşmış şəhərlər Kannın, Cənubi Koreya Bursa, Türkiyə Barnaul, Rusiya Barnaul, Belarus Ölgi, Monqolustan Yokneam İlit, İsrail
İstinadlar
Kateqoriya:Qazaxıstan şəhərləri Kateqoriya:Şərqi Qazaxıstan vilayəti Kateqoriya:İrtış çayı ətrafında yaşayış məntəqələri