Tomas Kuk () — turizmin yaradıcısı, öz adı ilə tanınan daşımaçılıq şirkətinin qurucusuhttps://web.archive.org - "Thomas Cook Şirketi' nin Tarihçesi ve Batışı". İstifadə tarixi: 13.09.2023.
O, gələcəkdə turizmi və bununla bağlı digər anlayışları kəşf etmişdir. Bu kəşf təsadüfən baş vermişdir. Əslində, T. Kukun belə bir niyyəti olmamışdı. O, keşiş idi. Yaşadığı dövrdə çox yayılan alkoqol və tütün aludəçiliyi ilə mübarizə aparmaq onun üçün çox əhəmiyyətli idi. Buna görə də bu cür insanların diqqətini başqa bir yerə — səyahətə çəkmək qərarına gəlir.
Uşaqlıq illəri Tomas Kuk 1808-ci ildə İngiltərənin Melbrun şəhərində anadan olmuşdur. Onun atası Con Kuk ailəsini meyvə-tərəvəz satmaqla dolandırırdı. Conun qəfil ölümü ailəni çıxılmaz vəziyyətə sürükləyir. Ailənin hətta başdaşı düzəltdirməyə belə pulu çatmamışdı. Çətinliklər üzündən T. Kukun anası ikinci dəfə evlənməyə məcbur olmuşdur. İkinci əri olduqca mehriban insan idi. Belə ki, T. Kuk ögey atasının səyi nəticəsində monastır nəzdindəki məktəbdə təhsil alır.
Gənclik illəri T. Kuka babasının missionerlik fəaliyyəti çox böyük təsir göstərmişdi. O əvvəllər yerli baptist jurnalına çox sayda məqalələr göndərsə də, sonralar daha aktiv fəaliyyətə başlayır. Onun əsas niyyəti qonşu kəndlərdə baptizm ideyalarını yaymaq idi. O, bu uğurda səylə çalışır. 1829-cu ildə T. Kuk gündəliyində yazır ki, o, missionerlik üçün qət etdiyi 2692 millik yolun 2106 milini piyada qət etmişdir. Bir müddətdən sonra bir çox insan Tomasdan məsləhət almaq üçün onun yanına gəlirdi. Missionerlik fəaliyyətinin uğurlu olmasına sevinən Tomas bu fəaliyyətindən müəyyən məbləğdə qazanc əldə etdiyinin fərqində idi. Tomasın şəxsi hesablamalarına görə, o, həftədə 10 şillinq qazanırdı.
Alkoqolizmə qarşı müharibə Tomas alkoqolu iblis əməli hesab edirdi. Buna görə də alkoqolizmə qarşı müharibə elan etdi. O dövrdə içki içənlərin sayının çox olması təbii idi. Çünki XVIII əsrdə ingilis qanunvericiliyi xarici içki brendlərinin idxalını azaltmaq üçün xalqı evlərdə spirt çəkilməsi üçün həvəsləndirirdi. 1840-cı ildə Derbi və Reqbi şəhərləri arasında dəmiryolu çəkildi. T. Kukun marşrutu da elə bu istiqamətdə idi. Öz gündəliyində yazdığı kimi, İngiltərə tarixində ilk kütləvi dəmiryolu ekskursiyasına rəhbərlik etmək ona qismət olmuşdu. Ekskursiyada 570 nəfər iştirak etmişdir.
İstinadlar
Kateqoriya:İngiltərə protestantları Kateqoriya:Dünya ətrafında dövr edənlər Kateqoriya:Britaniya iş adamları