Ömər Döngəloğlu (; ) — Türk ilahiyyatçı, yazıçı, proqram prodüseri və aparıcısı. Kanal 7-də aparıcısı olduğu dini verilişləri ilə tanınır. 2020-ci ildə Koronavirüs səbəbindən vəfat edib.
Həyatı 1968-ci ildə Ziledə anadan olan Ömər Döngəloğlu ibtidai təhsilini Zile Altunyurt İbtidai məktəbində, orta təhsilini Zile İmam Hatip liseyində almışdır. Daha sonra Sakarya Universiteti İlahiyyat fakültəsini bitirib. Ərəb və ingilis dillərini yaxşı bilir.
1986–1996-cı illər arasında məmləkəti Tokatda İmam-Hatip kimi işləməyə başladı. Uzun illər dövlət sektorunda müxtəlif inzibati vəzifələrdə çalışan Döngəloğlu illər boyu İslam tarixi və siyər haqqında araşdırma aparmış, səyahət etmişdir.
Ölümü 3 may 2020-ci ildə tutulduğu koronavirüs xəstəliyi səbəbi ilə müalicəsi aldığı Başakşehir Dövlət Xəstəxanasında vəfat etdi. Ömər Döngəloğlunun cənazəsi Ədirnəqapı şəhidliyində torpağa verildi.
Əsərləri Peygamberin İzinde Allah’a Adanmış Hayatlar Yeryüzünün Yıldızları Sözün Miracı; DUA Allah Resulünü Görenler Peygamberimizin Dostları Mus’ab bin Umeyr
Xarici keçidlər
İstinadlar
Kateqoriya:Türkiyə yazıçıları Kateqoriya:XX əsr Türkiyə yazıçıları Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Türkiyə müsəlmanları Kateqoriya:Türkiyənin televiziya aparıcıları