"Qırmızı jiletli oğlan" — Pol Sezanın 1889 və ya 1890-cı ildə yaratdığı yaradıcılığının yetkinlik dövrünə aid əsəridir. Sürixdə Emil Byurle fondunun kolleksiyasında saxlanılır.

Sezann bu italyan oğlanın qırmızı jiletdə dörd fərqli portretini çəkmiş, oğlan və mühit arasındakı əlaqələri araşdırmışdır"The Boy in the Red Vest". In: Cézanne. Random House, 2005. с. 130.. Portretlərin ən məşhuru, masa arxasında başını ovucuna söykəyərək melankolik pozada oturan uşağı təsvir edir.

Emil Byurle fondunun kolleksiyası, rəsmin "diqqətlə düşünülmüş kompozisiya ilə birbaşa bədii hissiyat arasındakı mükəmməl tarazlığı" yüksək mənalılığını qeyd edir. 1895-ci ildə tənqidçi Qustav Jeffrua, əsəri köhnə ustaların ən yaxşı əsərlərinə bərabər adlandırmışdı .

Rəsm zəngin, şən rənglərlə çəkilib. Kompozisiyanın üç əsas çarpazı var: oğlanın beli və başı boyu, arxasındakı tünd yaşıl pərdə boyu və sol aşağı küncdən qalxan stol və stulun xətti boyu. Bu diaqonallara kəsişən çarpazların möhkəm birləşmiş strukturunu yaradan oğlanın əl və ayaqlarının vəziyyəti qarşı qoyulub.

Əsər 1895-ci ildə sənət alverçisi Ambruaz Vollar tərəfindən Sezandan alınmışdı. 1909-cu ildə rəsmin sahibi Macar kolleksioneri Marsel Nemeşonun sahibi, 1913-cü ildə isə alman taciri Qottlib Riber oldu. Emil Qeorq Byurle, rəsm əsərini 1948-ci ildə Riberidən satın aldı. 1956-cı ildə Byurlenin ölümündən sonra, varisləri, əsəri Emil Byurle fonduna hədiyyə etdilər və əsər 1960-cı ildən bəri orada saxlanılırPaul Cézanne: Le Garçon au gilet rouge, ca. 1888/90. Oil on canvas, 79.5 x 64 cm. Rewald no. 658. Provenance . Foundation E. G. Bührle Collection. Retrieved 17 December 2015.. Qırmızı jiletli oğlanın digər üç portreti isə ABŞ muzeylərində sərgilənir"2 Paintings Stolen From Zurich Museum Didn’t Get Far ". New York Times, February 20, 2008.

2008-ci ilin fevralında Emil Byurle fondunun kolleksiyasında ən dəyərli hesab edilən 91 milyon dollarlıq rəsm əsəri muzeyin binasından oğurlanmışdı. 2012-ci ilin aprelində rəsm, Serbiyada aşkar edildi və muzeyə qaytarıldı.

Qeydlər Kateqoriya:Oğurlanmış rəsm əsərləri Kateqoriya:Pol Sezanın rəsm əsərləri Kateqoriya:Mədəniyyətdə italyanlar Kateqoriya:Bərpa edilmiş sənət əsərləri Kateqoriya:1890-cı illərin rəsm əsərləri