250px|thumb|right|Məhsuldar aypara sahəsi, eramızdan əvvəl 7500 il, Dekor-keramit dövründən əvvəl Neolit dövrünün əsas arxeoloji yerləri. Mesopotamiya ərazisində geniş yaşayış məntəqələri yox idi

Neolit inqilabı və ya neolitləşmə — insan icmalarının əsası ibtidai ovçuluq və yığıcılıq olan mənimsəmə təsərrüfatından əkinçilik və heyvandarlığa əsaslanan istehsal təsərrüfatına keçidi. Arxeologiyaya görə heyvanların və bitkilərin əhilləşdirilməsi müxtəlif dövrlərdə 7-8 bölgədə müstəqil şəkildə baş vermişdir. Neolit inqilabın baş verdiyi ən erkən mərkəz kimi Yaxın Şərq hesab edilir. Burada əhilləşdirmənin 10 min il əvvəl başlaması təxmin edilir.

"Neolit inqilabı" anlayışı elmə ilk dəfə 1923-cü ildə marksist-arxeoloq Qordon Çayld tərəfindən gətirilmişdir.Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K.Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 469-470. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9. Onun yazdığına görə neolit dövrünün xarakterik xüsusiyyəti təkcə istehsalçı təsərrüfat növünə keçməkdən ibarət olmayıb. Əvvəlki Mezolit dövründə hakim olan kiçik ovçu və yığıcı qruplar sahələrinə yaxın şəhər və qəsəbələrdə məskunlaşdı, əkinçilik (suvarma daxil olmaqla) və yığılmış məhsulun xüsusi olaraq tikilmiş bina və tikililərdə saxlanılması yolu ilə ətraf mühiti kökündən dəyişdirdi.

Əmək məhsuldarlığının artması əhalinin çoxalmasına ərazini qorumaq üçün nisbətən geniş silahlı dəstələrin yaradılmasına, əmək bölgüsünə, əmtəə mübadiləsinin canlanmasına, mülkiyyət hüquqlarının yaranmasına, mərkəzləşdirilmiş idarəetmənin, siyasi strukturların, ideologiyanın və yeni nəsil nəsillərə ötürməyə imkan verən şifahi, həm də yazılı şəkildə bilik sistemlərinin yaranmasına səbəb oldu. Yazının meydana çıxması tarixindən əvvəlki dövr bitir. Bu isə ümumiyyətlə daş dövrünün sonuncusu olan Neolit dövrünə təsadüf edir. Ancaq Neolit inqilabı insanın təbiətlə harmoniyada bir yerdə yaşamasının məhvi kimi də izah edilə bilər. Bundan sonra insan sivilizasiyanın ortaya çıxmasına və texnoloji tərəqqiyə səbəb olan ətraf mühitin ehtiyaclarına uyğunlaşdıraraq özünü təbiətə qarşı qoyur.

Marksist tarixşünaslıqda (akademik Q.B.Polyak, professor A.N.Markova) Neolit inqilabını mənimsəmə iqtisadiyyatından istehsal iqtisadiyyatına keçid kimi yozulur. Neolit ​​dövrünün texnoloji xüsusiyyətlərinin məhsuldar iqtisadiyyatın yaranmasına nisbəti və bu hadisələrin müxtəlif mədəniyyətlərdə ardıcıllığı müzakirə mövzusu olaraq qalır. Göründüyü kimi o, fərqlənir və yalnız insan cəmiyyətinin inkişafının bəzi universal qanunlarının fəaliyyətinin nəticəsi deyildir.«The Slow Birth of Agriculture», Heather Pringle* «Zawi Chemi Shanidar», EMuseum, Minnesota State University

Bəzən Neolit inqilabı adlandırılan bu ictimai hadisə mərkəzləşdirilmiş idarəetmə və siyasi strukturlar, irearxik ideologiyalar, fərdiləşdirilmiş bilik sistemləri (məsələn, yazı), sıx məskunlaşma yerləri, ixtisaslaşma və əmək bölgüsü, daha çox ticarət, incəsənət və memarlığın inkişafı mülkiyyətə sahib olmanın istəyi üçün zəmin yaratmışdı. Məlum olan ən erkən sivilizasiya Cənubi Mesopotamiyada Şumerdə yaranmışdır (təqribən e.ə. 6500 min il); Bu mədəniyyətin də ortaya çıxması da Tunc dövrünün başlanğıcından xəbər verirdi.

Yuxarıda göstərilən Neolitin xüsusiyyətləri əkinçiliyin başlanğıcı ilə əlaqəsi, ortaya çıxma ardıcıllığı, sosial təkamülün universal qanunları və müxtəlif ərazilərdə bir-birləri ilə qarşılıqlı əlaqəsi akademik mübahisələrin mövzusu olaraq qalır."The Slow Birth of Agriculture" , Heather Pringle Neolit inqilabın ilk baş verdiyi ərazinin təxminən eramızdan əvvəl 10.000-dən sonra, Yaxın Şərqin daha geniş məhsuldar ərazilərinə malik Bərəkətli Hilal torpaqlarında baş verdiyi ehtimal edilir.

Tarixi Kənd təsərrüfatının yaranma nəzəriyyələri Neolit dövrü. E.ə. VIII minillikdə ibtidai cəmiyyətin tarixində Yeni Daş dövrü — Neolit dövrü başlanmışdı. Bu dövrdə əhali oturaq həyata keçmişdi. İnsanlar başlıca olaraq əkinçilik və maldarlıqla məşğul olurdular. Bunlarla yanaşı, ovçuluq və balıqçılıq da əsas məşğuliyyət idi. Onlar dulusçuluqla məşğul olur, saxsı qablar hazırlayırdılar. İnsanlar daş alətləri cilalamağı və deşməyi öyrənmişdilər. Toxuculuqda sümükdən hazırlanmış bizlərdən istifadə edirdilər. Bu dəyişikliklər icma xarici əlaqələrin də inkişafına səbəb olurdu. Ticarət əlaqələrinin inkişafı icmaların kənar icmalarla müntəzəm təmasını təmin edirdi. Yuxarıda göstərilənlər sonda "Neolit inqilabı"nın baş verməsinə gətirib çıxarmışdı. Arxeologiyaya görə heyvanların əhliləşdirilməsi və bitkilərin əkilməsi müxtəlif dövrlərdə 7-8 bölgədə müstəqil şəkildə baş vermişdir. Neolit inqilabın ən erkən mərkəzi, əhliləşdirməsi ən az 10 min il əvvəl başladığı Orta Şərqdir. Dünya Sisteminin mərkəzi bölgələrində ovçuluq,yığıcılıqla məşğul olan cəmiyyətlərinin əkinçilik cəmiyyətlərinə çevrilməsi və ya dəyişdirilməsi eramızdan əvvəl X-III minilliyə qədər uzanan bir dövrdür,əksər periferik bölgələrdə istehsal iqtisadiyyatına keçid çox sonra başa çatdı.

Ümumilikdə kənd təsərrüfatının mənşəyi haqqında bir-birinə zidd olan (lakin bir-birini istisna etməyən) nəzəriyyələr mövcuddur. Ən çox yayılmış aşağıdakılardır. Qordon Vir Çayldın "vahələr" nəzəriyyəsi. İqtisadi dəyişikliyi buz dövrünün sonunda iqlim dəyişikliyi ilə əlaqələndirir. "Təpəli yamaclar" nəzəriyyəsi. Əhliləşdirmənin Türkiyədəki Tavr dağlarının və İranın Zaqros dağlarının təpəli yamaclarından başladığı düşünülür, hansı ki, burada iqlim quru deyildi və müxtəlif çöl heyvanları və bitkiləri qorunurdu. "Fiesta" nəzəriyyəsi yerli mədəniyyət daxilində güc və güc nümayişi olduğunu qəbul edir. Karl Ortvin Sauerin təklif etdiyi "demoqrafik nəzəriyyə" əhalinin artmasının bir nəticə deyil,əkinçiliyə keçid üçün bir səbəb olduğunu irəli sürür. İnsanlar və bitkilərin qarşılıqlı uyğunlaşması nəticəsində bitkilərin əhliləşdirilməsi "məqsədli təkamül" nəzəriyyəsi hesab edilir İqtisadi tərəqqini iqlim dəyişikliyi ilə əlaqələndirmək üçün başqa bir variantı kənd təsərrüfatının meydana çıxmasının uzun müddət davamlı və proqnozlaşdırıla bilən bir iqlim dövrü başlaması sayəsində mümkün olduğunu düşünməkdir. Dini inqilab hipotezi. İnsanları oturaq həyat tərzinə sövq edən səbəbin,ölmüş əcdadları ilə əlaqə saxlamağa ehtiyac duyduğu yeni bir dini fikir olması idi.

İlk becərilən bitkilər 350px|thumb|right|İlk mədəni bitkilərin mənşə mərkəzləri və yayılma arealı müəyyən edilmişdir. Məhsuldar Hilal (e.ə 11.000), Yantsız və Xuanxe çayları hövzələri (e.ə. 9.000) və Yeni Qvineya (e.ə. 9.000-6000), Orta Meksika (e.ə. 5.000-4000), Şimali və Cənubi Amerika (e.ə. 5.000-4000). 250px|thumb|right|Neolit dövrünə aid Şumer orağı (yandırılmış gildən) Yabanı taxıl ən az 105.000 il əvvəl toplanmış və yeyilmişdir. Lakin əhliləşdirmə çox sonra baş vermədi. Eramızdan əvvəl IX minillikdən ildən başlayaraq, neolit dövrünün səkkiz səpin məhsulu - emmer buğda, təkdənli buğda, adi arpa, əkin noxudu, mərcimək, kürüşnə, qoyunnoxudu və adi zəyrək - Levantda becərilirdi. Əkin çovdarı daha əvvəl becərilmiş ola bilər, lakin bu mübahisəli olaraq qalır. Düyü 6200 il bundan əvvəl Çində mədəni bitkiyə, 5700 il bundan öncə erkən əkinçilikdə, maş lobya, soya və fasol lobya mədəni bitki halına gətirilib. Donuzlar Mesopotamiyada e.ə.XI minillikdə, təqribən e.ə.XI-IX minilliklər arasında qoyunlar əhliləşdirildi. 8500-cü il bundan əvvəl ibtidai öküz müasir Türkiyə və Pakistan ərazilərində əhliləşdirilmişdi. Şəkərqamışı və bəzi kök tərəvəzləri Yeni Qvineyada eramızdan əvvəl VII minillikdə yabanı bitkidən mədəni bitki halına gətirilmişdi. Sorqo, e.ə.III minillikdə Afrikanın Sahel bölgəsində əkilmişdi. Cənubi Amerikanın And dağlarında kartof, e.ə. VIII-V minilliklər arasında əkilməyə başlamış, onunla birlikdə yabanı lobyada mədəni lobya halına gətirilmiş, koka, lama, alpaka və dəniz donuzları əhliləşdirilmişdi. Banan, eyni dövrdə Papua-Yeni Qvineyada becərildi və hibrid edildi. Mesoamerika xronologiyasına görə, qarğıdalı e.ə. IV minillikdə becərilməyə başlandı. Pambıq 3600 il bundan əvvəl Peruda əkilməyə başlandı. Dəvələr gec, e.ə.III minillikdə əhliləşdirildi.

Tunc dövrü 3300 il bundan əvvəl, Mesopotamiya, Şumer, Qədim Misir, Hindistan yarımadasının Hind vadisi mədəniyyəti, qədim Çin və qədim Yunanistan kimi mədəniyyətlərdə əkinçiliyin intensivləşməsinə şahid oldu. Şumer cütçüləri, təqribən e.ə. VIII minillikdən bəri kəndlərdə yaşayır, arpa və buğda dənli bitkiləri yetişdirirdilər. Bölgənin az yağışlı olduğunu nəzərə alaraq, əkinçilikdə Dəclə və Fərat çaylarına bel bağlayırdılar. Çaylardan çəkilən suvarma kanalları, şəhərlərə dəstək olmaq üçün kifayət qədər böyük miqdarda dənli bitkilərin böyüməsinə imkan verirdi. İlk kotanlar e.ə. III minillikdə Uruk piktoqraflarında görünür; Toxumu şumlanmış boruya atan toxum əkinləri eramızdan əvvəl 2300-cü ildə möhürlərdə görünür. E.ə. 2300-cü ilə aid möhürlərdə, əkinçilikdə kotandan istrifadə öz əksini tapmışdır. Tərəvəz bitkilərinə qoyunnoxudu, mərcimək, əkin noxudu, paxla, soğan, sarımsaq, kahı, kəvər daxil idi. Xurma, üzüm, alma, yemiş və əncir də daxil olmaqla meyvələr yetişdirirdilər. Əkinçiliklə yanaşı, şumerlər həm də balıq tuturdular, quş və ceyran ovlayırdılar. Qoyun, keçi, inək və quş ətinin ətini əsasən elit təbəqədən olan insanlar yeyirdi. Balıq qurudularaq, duzlanaraq saxlanılırdı.

Qədim Misir mədəniyyəti Nil çayı və çaydakı mövsümi daşqınlar sayəsində inkişaf edirdi. Çay daşqınlarının proqnozlaşdırılması və münbit torpaq misirlilərə böyük əkinçilik sərvəti əsasında bir imperiya qurmağa imkan verdi. Misirlilər Paleolit dövrünün sonundan Neolitə qədər sülalələrdən əvvəlki dövrdə, təxminən eramızdan əvvəl X-IV minilliklər arasında, əkinçiliyi geniş miqyasda tətbiq edən ilk xalqlar arasında idi. Bu,suvarma sisteminin inkişafı ilə mümkün olmuşdur. Zəyrək və papirus kimi texniki bitkilərlə yanaşı, əsas qida bitkiləri buğda və arpa kimi dənli bitkilər əkilirdi.

Əsl innab, e.ə. IX minillikdə Hindistan yarımadasında əkilməyə başlanmışdır. Adi arpa və buğda becərilməsi - iribuynuzlu heyvanların, ilk növbədə qoyunların və keçilərin əhliləşdirilməsi ilə yanaşı, e.ə. VIII-VI minilliklərə aid Mehrqarx mədəniyyətində izlənildi. Bu dövrdə fil də əhliləşdirildi. Pambıq e.ə. V-IV minilliklərdə becərilmişdir.Stein, Burton (1998). A History of India. Blackwell Publishing. 47. . E.ə. V minillikdə Kəşmirdə əkinçilik icmaları geniş yayılmışdı. Suvarma Hind vadisi mədəniyyətində 4500 il bundan əvvəl inkişaf etmişdir. Bu yenilik nəticəsində,drenaj və kanalizasiya kanallarından istifadə olunan daha yaxşı planlaşdırılmış yaşayış məntəqələrinin yaranmasına səbəb olan Hind vadisi mədəniyyəti daha da böyüdü.Arxeoloji qazıntılar nəticəsində 2500 il bundan əvvələ aid kotan tapılmışdır.

Gələcək təkamül 250px|thumb|left|E.ə.3500-3100 minilliklər arasında əkinçilərin məskunlaşdığı Nep-of-Xauap yaşayış məskəni. Əkinçilik dövründən əvvəl insanlar daha fərqli qida rasionuna malik idilər. Belə ki, onlar heyvandarlıqdan daha çox əmək tələb edən ovçuluq və yığıcılıq ilə məşğul olurdular. Bir çox ibtidai əkinçiliklə məğşul olanların vəhşi heyvanları ovlamağa davam etdiyini və ovçuluğun bu sahədə xüsusi bacarıqlara (əmək bölgüsü) sahib olan ovçuların məşğul olmasını qeyd etmək lazımdır. Bundan əlavə, minik kimi heyvanların istifadəsindən əvvəl və xüsusən də Afrika xaricində megafaunanın kütləvi şəkildə tükənməsindən sonra da çox təsirli deyildi. Beləliklə, piya edilən ovçuluqdan daha effektiv olan atla hərəkətə keçid, Şimali Amerika hindularına XVIII-XIX əsrin əvvəllərində saylarını kəskin şəkildə artırmağa və Şimali Amerikanın geniş ərazilərini çox sürətlə məskunlaşmasına imkan verdi (bu da gələn avropalı köçkünlərlə qarşıdurmalarına səbəb oldu).